
Azərbaycan Universitetində qış imtahan sessiyası başlayıb
11.01.2021 92Azərbaycan Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası bu gündən başlayıb. İmtahanlar “Microsoft Teams” platforması üzərindən onlayn şifahi və onlayn test formasında keçirilir. Sessiya fevralın 6-dək davam edəcək. İmtahanların başlama saatı 9.00-dur.
Rektorun əmri ilə sessiyanın mövcud normativ sənədlər əsasında təşkil olunması, sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahanların təşkilinə və gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması məqsədilə “İmtahan qərargahı” fəaliyyət göstərir. Qərargaha daxil olan müraciət və şikayətlərin operativ şəkildə araşdırılması təmin edilir.
İmtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş neqativ halların aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq onlayn apellyasiya komissiyası da yaradılıb.
Bütün tələbələrimizə qış imtahan sessiyasında uğurlar arzulayırıq!
İctimaiyyətlə əlaqələr şöbəsi
11.01.2021