XƏBƏRLƏR

Azərbaycan Universitetinin 3 tələbəsi payız semestrini Anadolu Universitetində oxuyacaq

Azərbaycan Universitetinin 3 tələbəsi payız semestrini Anadolu Universitetində oxuyacaq

18 sentyabr 2017

Baxış sayı: 4530

Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin 3 tələbəsi 2017/2018-ci tədris ilinin payız semestini Türkiyənin Anadolu Universitetində oxuyacaq.

Ülkər Məmmədova (Maliyyə - MBA, II kurs), Elvira Seyidova (Menecment – BBA, IV kurs) və Əfsanə Abdulhəsənova (Maliyyə - BBA, IV kurs) “Erasmus+” mübadilə proqramı ilə bu ölkəyə gedəcəklər.

Tələbələrimiz təhsil aldıqları dövrdə tam təqaüdlə (hər ay üçün 800 avro) təmin olunacaq, eyni zamanda yol xərcləri qarşılanacaq. Tələbələrin Anadolu Universitetində əldə etdikləri kreditlər Azərbaycan Universiteti tərəfindən tanınacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.09.2017


DİGƏR XƏBƏRLƏR