XƏBƏRLƏR

Azərbaycan Universitetində qış imtahan sessiyası başlayıb

Azərbaycan Universitetində qış imtahan sessiyası başlayıb

29 dekabr 2015

Baxış sayı: 2583

Azərbaycan Universitetində 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasına start verilib. 29 dekabr 2015-ci il tarixində başlayan sessiya, 30 yanvar 2016-cı il tarixində yekunlaşacaq.
Universitetdə qış imtahan sessiyasının  müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb, tələbə və nəzarətçilər imtahan qaydaları ilə tanış edilib.
Sessiyanın təşkili və qedişinə nəzarət etmək, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həll edilməsini təmin etmək məqsədilə “Operativ qərargah” yaradılıb.
Qış imtahan sessiyasında bütün tələbələrimizə uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
29.12.2015

DİGƏR XƏBƏRLƏR