XƏBƏRLƏR

Tərcüməçi tələbələrdən “Vida dərsi”

Tərcüməçi tələbələrdən “Vida dərsi”

31 may 2018

Baxış sayı: 3691

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin Tərcümə (İngilis dili) ixtisası üzrə təhsil alan IV kurs tələbələri tələbəlik həyatının son günündə “Vida dərsi” təşkil ediblər. “Vida dərsi”ndə tələbələrlə yanaşı kafedra müdirləri, dekan və müəllimlər də iştirak edib. Tədbiri Universitetin rektoru Səadət Əliyeva da izləyib.

“Vida dərsi”ndə tələbəlik həyatını tərənnüm edən şeir və mahnılar ifa olunub, tələbəlik həyatından maraqlı faktlar, səhnəciklər, müxtəlif əyləncəli nömrələr təqdim olunub.  

Tərcüməçi tələbələrin Universitetdəki dərs prosesini və müəllimləri parodiya etmələri tədbir iştirakçılarının böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.05.2018


DİGƏR XƏBƏRLƏR