• (+994 12) 431 41 12
  • qebul@au.edu.az
  • XƏBƏRLƏR
  • |
  • ELANLAR
  • |
  • MƏZUNLAR
  • |
  • ELEKTRON KİTABXANA
  • |
  • AZ
    • EN
  • |
  •  
AZƏRBAYCAN UNİVERSİTETİ
  • Qəbul
    • Azərbaycan Universitetinə qəbul
    • Qəbul imtahanlarının yeni modeli
    • Abituriyent Məlumat Mərkəzi
    • Bakalavriat ixtisasları
    • Bakalavriata qeydiyyat
    • Magistraturaya qeydiyyat
  • Haqqımızda
    • İlk özəl Universitet
    • Qısa nəzər
    • Vizyon, Missiya, Dəyərlər
    • Rəhbərlik
    • Media üçün
    • Akkreditasiya haqqında Sertifikat
    • Elmi şura
    • Akademik təqvim
    • İnzibati şöbələr
      • İnsan resursları şöbəsi
      • İctimaiyyətlə əlaqələr şöbəsi
      • Tələbələrlə iş şöbəsi
      • Tədris şöbəsi
      • Elm şöbəsi
    • Bizimlə əlaqə
  • Fakültələr
    • Biznes və iqtisadiyyat fakültəsi
      • Biznes və iqtisadiyyat fakültəsi haqqında
      • Maliyyə və iqtisadiyyat kafedrası
    • Humanitar fənlər fakültəsi
      • Humanitar fənlər fakültəsi haqqında
      • Azərbaycan dili və ədəbiyyat kafedrası
      • İctimai elmlər kafedrası
      • Sosial işin təşkili kafedrası
      • Xarici dillər kafedrası
    • İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi
      • İKT fakültəsi haqqında
      • ECDL Təlim və Test Mərkəzi
      • İT Klubu
      • Riyaziyyat və informatika kafedrası
  • İxtisaslar
    • Magistratura pilləsi
      • Magistratura və doktorantura şöbəsi
      • Magistratura ixtisasları
    • Bakalavriat ixtisasları
      • Riyaziyyat
      • Kompüter elmləri
      • Kompüter mühəndisliyi
      • Dünya iqtisadiyyatı
      • Mühasibat uçotu və audit
      • Maliyyə
      • Marketinq
      • Menecment
      • İqtisadiyyat
      • Dövlət və bələdiyyə idarəetməsi
      • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
      • Tarix
      • Tərcümə (İngilis dili)
      • Sosial iş
    • Doktorantura və dissertantura pilləsi
  • Tələbə həyatı
    • Təqaüd proqramları
      • Daxili Təqaüd Proqramı
      • Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd
    • Tyutor xidməti
    • Karyera mərkəzi
    • Tələbə Gənclər Təşkilatı
    • Tələbənin nizam-intizam qaydaları
  • Beynəlxalq əlaqələr
    • Beynəlxalq əlaqələr şöbəsi
    • Beynəlxalq əməkdaşlıq
    • Beynəlxalq proqramlar
      • Erasmus+ Proqramı
      • Mevlana Mübadilə Proqramı
    • Beynəlxalq tələbə qəbulu
      • Beynəlxalq tələbələrin bakalavriata qəbulu
      • Beynəlxalq tələbələrin magistraturaya qəbulu
      • Tələbə mübadiləsi
    • Viza və müvəqqəti yaşayış
    • Əlaqə
  • Nəşrlər
    • "İpək yolu" jurnalı
    • "Çağlayan" jurnalı
    • Xüsusi nəşrlər
  • Konfranslar
    • Gənc tədqiqatçıların II Respublika elmi-praktik konfransı
    • V Avropa İqtisadi Konqresi
    • Gender problemi və müasir Azərbaycan - 2018
    • Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətləri
    • Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı
    • AXC-nin 100 illiyinə həsr olunmuş "Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi" konfransı
    • İnnovasiyalar və yaradıcılıq
    • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
    • Gender problemi və müasir Azərbaycan - 2017

XƏBƏR ARXİVİ

  1. Əsas səhifə
  2. XƏBƏR ARXİVİ

Azərbaycan Universitetinin tələbələri YAP-ın fəaliyyətini əks etdirən filmə baxıblar

18.11.2015 1480

Azərbaycan Universitetinin tələbələri üçün Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətini əks etdirən sənədli filmin təqdimatı keçirilib. Film, Azərbaycan Universiteti və “Səs” qəzeti tərəfindən YAP-ın yaradılmasının 23-cü ildönümünə həsr olunmuş birgə tədbirdə nümayiş olunub. Tədbir, partiyanın funksionerləri ilə gəncləri bir yerə toplayıb.
Filmin nümayişindən sonra universitetin rektoru Fərid Əhmədov çıxış edərək qeyd edib ki, 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən YAP-ın yaradılması ilə Azərbaycanın siyasi tarixində yeni bir səhifə açılıb: “Müstəqilliyin bərpasının ardından Azərbaycanın əldə etdiyi bütün uğurların altında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının imzası var”.
Partiyalar ilə xalq arasında səmərəli ünsiyyətin qurulmasının vacibliyini diqqətə çatıdıran rektor bildirib ki, YAP və onun sədri, Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderin ideyalarının daşıyıcısı İlham Əliyev bu ünsiyyəti ən effektiv şəkildə qurub: “Məhz bunun nəticəsidir ki, bu gün ölkənin siyasi məkanında YAP rəqibsiz və alternativsizdir. Son parlament seçkilərinin nəticələri də bunu sübut edir”.
Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, YAP-ın ölkədə yaranmış təhlükəli və mürəkkəb ictimai-siyasi şəraitin doğurduğu zərurətdən yarandığını vurğulayıb: “Ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə 550 nəfərlə təsis edilən Yeni Azərbaycan Partiyası, bu gün 650 mindən çox üzvü öz ətrafında birləşdirən böyük bir orduya çevrilib”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP-ın 90-cı illərin əvvəllərində yaşanan siyasi kataklizmlərin səbəb olduğu siyasi və ideoloji boşluğu dolduran, ulu öndərin ideyalarının daşıyıcısı olan siyasi təşkilatlanma olaraq ortaya çıxdığını deyib. Partiyanın politologiya elminin tarixində yenilik yaratdığını qeyd edən Hikmət Babaoğlu, bunu təsisdən 6 ay sonra hakimiyyətə gəliş və hakimiyyətin uzunmüddətli qorunub saxlanması ilə izah edib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP-ın həm də gənclərin səsi olan siyasi təşkilatlanma olduğunu bildirib. Partiyanın üzvlərinin 45 faizdən çoxunun gənc olduğunu diqqətə çatdıran Seymur Orucov, gənclərin inkişafı üçün yaradılan imkanlardan danışıb.   
“SƏS” media qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında qeyd edib ki, sağlam ideya ətrafında sağlam düşüncəli insanları birləşdirən Yeni Azərbaycan Partiyası təkcə bölgənin deyil, Şərqin də ən böyük siyasi təşkilatlanmalarından biridir. YAP gəncləri bu gün ölkənin aparıcı qüvvəsidir və partiya gənclərlə bağlı layihələri həm dəstəkləyir, həm də icra olunmasına xüsusi əhəmiyyət verir. Yeni Azərbaycan Partiyası xüsusən son proqramında gənclərə daha çox yer verməsi ilə də fərqlənir.
Bəhruz Quliyev çıxışında partiya tərəfindən həyata keçirilən gender siyasətinə də toxunub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
18.11.2015

Yeni xəbərlər
19 Fevral 2019
V Avropa İqtisadi Konqresi “Qlobal iqtisadi trendlər” mövzusuna fokuslanacaq
18 Fevral 2019
Azərbaycan Universitetinin 161 tələbəsi istehsalat təcrübəsinə başladı
13 Fevral 2019
Mühasibatlıq üzrə olimpiadanın universitetdaxili seçim turunun qalibləri bəlli oldu
12 Fevral 2019
Magistratura tələbələri təcrübəyə başlayıblar
08 Fevral 2019
Azərbaycan Universitetində “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlanıb
07 Fevral 2019
Azərbaycan Universitetində qış imtahan sessiyası yekunlaşdı
07 Fevral 2019
Azərbaycan Universiteti Polşanın WSB Universiteti ilə əməkdaşlığı genişləndirir
04 Fevral 2019
Tələbələrimiz yaz semestrində Almaniya, İtaliya və Xorvatiyada təhsil alacaqlar
01 Fevral 2019
Azərbaycan Universitetində doktorant və dissertantlarla görüş keçirilib
01 Fevral 2019
Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub
Foto qalereya

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən
qoyulub.

Ətraflı..
Korporativ
  • Loqo
  • Bayraq
  • Himn
Tez Əlaqə
  • (+99412) 431 41 12/13/16/17
  • office@au.edu.az
  • Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71

ABUNƏ OL

Copyright ©2017 Azerbaijan University. All Rights Reserved