XƏBƏRLƏR

Əməkdaşlarımız Türkiyədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib

Əməkdaşlarımız Türkiyədə keçirilən  beynəlxalq tədbirlərdə iştirak edib

17 oktyabr 2018

Baxış sayı: 3789

Biznes və iqtisadiyyat kafedrasının baş müəllimləri Ruhəngiz Əliyeva, Ülviyyə Şirinova və Universitetin doktorantı Könül Nuriyeva Türkiyədə keçirilən beynəlxalq simpozium və konqreslərdə məruzə ilə çıxış edib.

II Beynəlxalq Strateji və Sosial Tədqiqatlar Simpoziumu (ISASOR – 2018) Ankarada keçirilib. Simpoziumun məqsədi sosial və təhsil sahələrində aparılan nəzəri və praktik tədqiqatların, elmi yeniliklərin paylaşılmasının təmin olunmasıdır. Beynəlxalq simpoziumda Ruhəngiz Əliyeva və Ülviyyə Şirinovanın birlikdə təqdim etdikləri məruzə  Azərbaycan-Türkiyə əlaqələrində regional təşkilatların roluna həsr olunub. Doktorantımız Könül Nuriyeva “İnkişaf etməkdə olan ölkələrdə turizmə təsir göstərən iqtisadi amillər: Azərbaycan və Türkiyə nümunəsində” mövzusunda məruzə ilə çıxış edib.

I Beynəlxalq Sosial və Hüquq Tədqiqatları Konqresi isə Samsun şəhərində keçirilib. Tədbirin məqsədi sosial elmlər və hüquq sahələrində güncəl məsələlərin müzakirə olunması və fikir mübadiləsinin aparılmasıdır. Biznes və iqtisadiyyat kafedrasının baş müəllimləri Ruhəngiz Əliyeva və Ülviyyə Şirinova konqresdə “Miqrant pul köçürmələrinin liberallaşmasının sosial və iqtisadi nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Könül Nuriyevanın məruzəsində isə vergilərin Avropa turizminin rəqabətinə təsiri məsələlərinə toxunulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.10.2018


DİGƏR XƏBƏRLƏR