XƏBƏRLƏR

Türkiyənin nümayəndə heyəti Azərbaycan Universitetində olub

Türkiyənin nümayəndə heyəti Azərbaycan Universitetində olub

17 aprel 2019

Baxış sayı: 3474

Türkiyə Respublikasının Təhsil Nazirliyinin Ankara, İstanbul və İzmir şöbələrinin rəhbərləri Turan Akpınar, Levent Yazıcı, Ömer Yahşi Azərbaycan Universitetində olub.

Tədbirdə Azərbaycan Universitetini rektorun müşaviri Nüşabə Quliyeva, rektorun məsləhətçisi Əli Həsənov, elmi işlər üzrə prorektor Yusif Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva təmsil edib. Qonaqlara Azərbaycan Universitetinin fəaliyyəti, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələri, strateji hədəfləri haqqında ətraflı məlumat verilib.

Görüş zamanı Azərbaycan Universiteti ilə Türkiyənin təhsil müəssisələri arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova da iştirak ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.04.2019


DİGƏR XƏBƏRLƏR