XƏBƏRLƏR

Azərbaycan Universiteti növbəti elmi konfransa hazırlaşır

Azərbaycan Universiteti növbəti elmi konfransa hazırlaşır

06 may 2019

Baxış sayı: 3474

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanda ali təhsilə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” respublika konfransının hazırlıqları davam edir. 23 may 2019-cu il tarixində keçiriləcək konfransda müasir cəmiyyətdə gənclərin sosiallaşması, təhsil, şəxsiyyət və cəmiyyət, Azərbaycanda ali təhsil: müasir çağırışlar, təhsil və elm arasındakı əlaqələr və digər bu kimi  məsələlər müzakirə olunacaq.

Son zamanlar Azərbaycanın təhsil sistemi yeni çağırışlar qarşısındadır. İqtisadiyyatın xammal sahəsindən insan kapitalı sahəsinə köçürülməsi tendensiyası bu siyasətə uyğun müasir mütəxəssislərin yetişdirilməsini aktual edir ki, bu məsələ də təhsil sisteminin qarşısına yeni vəzifələr qoyur. Odur ki, müasir təhsilimiz, onun problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlərin araşdırılmasına, onların həlli üçün elmi metodların işlənib hazırlanmasına ciddi ehtiyac yaranıb. “Azərbaycanda ali təhsilə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” respublika konfransının məqsədi məhz bu məsələlərin müzakirəsi üçün elmi platforma təqdim etməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.05.2019


DİGƏR XƏBƏRLƏR