XƏBƏRLƏR

Qadın zorakılığı ilə mübarizə gününə həsr olunmuş mühazirə-təqdimat

Qadın zorakılığı ilə mübarizə gününə həsr olunmuş mühazirə-təqdimat

25 noyabr 2019

Baxış sayı: 3073

Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mühazirə-təqdimat keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və ixtisas üzrə təhsil alan tələbələr iştirak edib. Tələbələr tədbirə kafedranın müəllimi Tərlan Tağıyevanın rəhbərliyində hazırlaşıblar.

Mühazirəni tələbələr Fidan Tağızadə və Salman Bayramov təqdim ediblər. Mühazirə zorakılıq anlayışı, növləri, səbəbləri, sosial aspektləri, zorakılığın antihumanist mahiyyəti və zorakılığa məruz qalmış qadınların sağlamlıqlarının qorunmasında və problemlərinin həll edilməsində sosial işçilərini rolu mövzularını əhatə edib. Mühazirəni mövzuya dair video-çarxlar və tələbələr tərəfindən təqdim olunan səhnəciklər müşayiət edib.

Mühazirə-təqdimatın ardından Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, kafedranın professoru Mayis Əliyev, kafedranın müəllimləri Vüsal Abdullayev, Züleyxa  Nəcəfova mövzuya müxtəlif aspektlərdən yanaşaraq problemin mümkün həll yolları haqqında fikirlər səsləndiriblər.  

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ildə noyabrın 25-ni “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.11.2019

DİGƏR XƏBƏRLƏR