XƏBƏRLƏR

Elm şöbəsi doktorant və dissertantlar üçün vebinar təşkil edib

Elm şöbəsi doktorant və dissertantlar üçün vebinar təşkil edib

06 may 2020

Baxış sayı: 2694

Elm şöbəsi tərəfindən  tərəfindən universitetin doktorant ve dissertantları üçün “Elmi məqalə: stil və yazı metodikası” mövzusunda vebinar təşkil olunub. Tədbiri Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva aparıb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinara qoşulan doktorant və dissertantlara elmi məqalənin tipləri, elmi məqalənin strukturu, adı, xülasənin əhəmiyyəti və tərtib olunması, açar sözlərə qoyulan tələblər, giriş, əsas hissə və nəticənin yazılması qaydaları, ədəbiyyat siyahısı, cədvəl, şəkil və qrafiklərin tərtib olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər, AAK-ın tələb etdiyi beynəlxalq indekslənən bazalara daxil jurnallar haqqında məlumat verilib.

Sonda müzakirə və sual-cavab sessiyası olub.

Doktorant və dissertantlar üçün növbəti vebinar 13 may 2020 tarixində keçiriləcək. Vebinarın mövzusu Məqalə: jurnal seçimi və çapı”, başlama saatı isə 13.30-dur.

Tədbirdə iştirak etmək istəyən doktorant və dissertantlarımız Elm şöbəsi ilə əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.05.2020

 

DİGƏR XƏBƏRLƏR