İxtisasın adı: İqtisadiyyat
İxtisas qrupu: II
Fakültə: Biznes və iqtisadiyyat
Təhsilin səviyyəsi: Bakalavriat
Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
Tədrisin dili: Azərbaycan dili, ingilis dili
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Qloballaşma şəraitində sürətlə dəyişən və inkişaf edən dünyada informasiya gerçəkliyini göz önündə tutaraq sağlam düşüncə ilə iqtisadi göstəriciləri təhlil edə bilən, düzgün proqnozlaşdıraraq doğru qərarlar verə bilən, iqtisadi hadisələrə uyğun iqtisadi siyasət həyata keçirə bilən, araşdırma bacarığına sahib olan, müasir çağın tələblərinə cavab verə biləcək ölçüdə bilik və vərdişlərə sahib olan iqtisadçılar hazırlanması mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alan Azərbaycan Universitetində həm paytaxt, həm də regionlar üçün bu sahə üzrə peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilir.
Azərbaycan Universitetində İqtisadiyyat ixtisasının tədrisi Maliyyə və iqtisadiyyat kafedrası tərəfindən aparılır. Tədris prosesi mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş və s. formalarda həyata keçirilir. Tələbələr həmçinin istehsalat təcrübəsi keçirlər ki, müxtəlif dövlət və bələdiyyə müəssisələri, özəl təşkilat və müəssisələrdə yüksək səviyyədə təşkil olunur.
İqtisadiyyat ixtisası, bank, maliyyə, biznes, sahibkarlıq, statistika, sığorta, birja, gömrük və s. sahələrdə təməl iqtisadi biliklər verir. Məzunlar sözügedən sahələrlə bağlı özəl və dövlət sektorlarında işlə təmin oluna və mövqe tuta bilərlər. 2006-cı ildən başlayaraq Azərbaycan Universitetinin Boloniya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərməsi - kredit tədris sisteminə keçid diplomların xarici ölkələrdə, o cümlədən Avropada tanınmasına imkan verir.
Azərbaycan Universitetinin bu ixtisas üzrə məzunları müxtəlif iri firma və müəssisələr, xarici təşkilatlar, maliyyə, bank və bank olmayan kredit təşkilatları, nazirlik və komitələr, mərkəzi və yerli icra orqanları, bələdiyyə strukturları, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışırlar. Əksəriyyəti həm Azərbaycan Universitetinin, həm də ölkədə fəaliyyət göstərən digər aparıcı universitetlərin magistratura pilləsində təhsillərini davam etdirirlər.
Tədris olunan başlıca fənlər:
- İqtisadiyyata giriş
- Makroiqtisadiyyat
- Mikroiqtisadiyyat
- Dünya iqtisadiyyatı
- Azərbaycan iqtisadiyyatı
- Mühasibat uçotu
- Audit
- Bank işi
- Ətraf mühitin iqtisadiyyatı
- Firmanın iqtisadiyyatı
- Aqrar iqtisadiyyat
- Sosial sahələrin iqtisadiyyatı
- Ekonometrika
- Statistika
- Maliyyə
- İşgüzar yazışmalar
- İqtisadi hüquq
İqtisadiyyat ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.
Təhsil haqqı: 2000 - 2500 AZN