Humanitar fənlər fakültəsi 1991-ci ildən fəaliyyət göstərir. Fakültənin əsas vəzifəsi müvafiq ixtisaslar üzrə tədris prosesinin məqsədyönlü təşkilinin həyata keçirilməsidir. Əsası qoyulduğu gündən müasir dövrün tələblərinə cavab verən peşə vərdişlərinə və intellektual potensiala malik gənc nəslin formalaşmasına səy göstərən fakültə, universitetin sosial həyatında da fəal şəkildə iştirak edir.
Fakültə tələbələrinin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. İdman oyunları, bilik yarışmaları onların həyatına əlavə rəng qatır.
"Auditoriya +" layihəsi çərçivəsində bəzi dərslərin Bakı şəhərinin tarixi yerlərində, memarlıq abidələrində, muzeylərində keçirilməsi ənənəvi hal almışdır. Tez-tez ölkənin tanınmış alimləri və tərcüməçiləri ilə görüşlər keçirilir.
Tələbələrin elmi yaradıcılığa həvəsləndirilməsi və dünyagörüşünün inkişaf etdirilməsi fakültə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
- Müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanması
- Müvafiq sahələr üzrə nəzəri və praktiki əsasların tələbələrə aşılanması
- Elmi-nəzəri metodologiyaya malik yeni nəsil mütəxəssislərin formalaşdırılması
- İnnovativ texnologiyaların istifadəsi istiqamətində bilik və bacarıqların tələbələrə çatdırılması
- Yaradıcı, dinamik, milli dəyərlərə sadiq gənc kadrların hazırlanması
- Peşə etikasına yiyələnmiş gənclərin yetişməsi prosesində davamlılığın təmini fakültənin vəzifələri sırasındadır.
Fakültənin tərkibində aşağıdakı fəaliyyət göstərən kafedralar
- Azərbaycan dili və ədəbiyyat kafedrası
- İctimai elmlər kafedrası
- Sosial işin təşkili kafedrası
- Xarici dillər kafedrası
Fakültənin heyəti
- Səfər Əhməd oğlu Məmmədov – dekan
- Günay Arif qızı İsmayılova – dekan müavini
- Aytən İdris qızı Cəfərova – dekan köməkçisi
- Qərənfil Əziz qızı Bədirova – tyutor
Fakültə ilə əlaqə
Tel.: (+994 12) 431 41 12 /13/16 (168, 169)