Elm şöbəsinin əsas vəzifəsi Universitetdə elmi-tədqiqat işlərinin planlaşdırılması, koordinasiyası, yerinə yetirilməsinə nəzarət, yerli və xarici elmi qurumlarla elmi əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir.
Elm şöbəsinin prioritet vəzifələrindən biri beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumların təşkili və keçirilməsi, elmi informasiyanın yayılması, elmi nəşrlərin nüfuzlu jurnallar səviyyəsinə çatdırılmasıdır.
Şöbə aşağıdakı əsas funksiyaları yerinə yetirir:
- Əməkdaşların illik elmi iş planlarının toplanması və müzakirəsinin təşkili
- İllik elmi hesabatların toplanması və müvafiq qurumlara təqdim olunması
- Universitet əməkdaşlarının beynəlxalq və yerli qrant, müsabiqələrdə iştirakının təşkili
- Universitetdə çap olunan elmi jurnalların yüksək səviyyədə hazırlanması
- Tələbələr üçün olimpiada, müsabiqə, konfrans keçirilməsinin təşkili
- Beynəlxalq və yerli konfranslar haqqında əməkdaşları mütəmadi olaraq məlumatlandırılması
- Elmi araşdırmaların müasir səviyyədə aparılması üçün dəstək göstərilməsi
Şöbənin tərkibi
- Lətifə Fərzəli qızı Ağamalıyeva - Şöbə müdiri
Tel: (+994 12) 431 41 12/13/16 (daxili 160)