Riyaziyyat və informatika kafedrası İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin tərkibində 2018-ci ilin fevralında yaradılıb. Kafedra fakültənin tərkibindəki bütün ixtisaslar üzrə müvafiq fənlərin və digər fakültələrdə informatika, iqtisadi informatika, xətti cəbr və riyazi analiz, ehtimal nəzəriyyəsi və riyazi statistika, riyaziyyat, ekonometrika fənlərinin tədrisini həyata keçirir.
Kafedra aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlayır:
- Kompüter elmləri (bakalavriat)
- Kompüter mühəndisliyi (bakalavriat)
- Riyaziyyat (bakalavriat)
- Kompüter elmləri - İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı (magistratura)
Bu ixtisaslar üzrə təhsil alan tələbələrin müasir dövrün tələblərinə uyğun olaraq kompüter texnologiyalarına yiyələnmələri, kompüter texnologiyası və proqram vasitələrinin inkişafı istiqamətlərinin və səviyyəsinin müasir vəziyyətindən xəbərdar olmaları, iqtisadi və riyazi məsələlərin həllinin avtomatlaşdırılmasının əsaslarına yiyələnmələri kimi istiqamətlərə xüsusi diqqət yetirilir.
Kafedranın heyəti
Fakültənin müəllimləri Azərbaycan, Türkiyə, Rusiya və Qərb ölkələrinin aparıcı universitetlərinin məzunlarıdır, müxtəlif xarici elm mərkəzlərində çalışmış və fəaliyyət göstərmişlər.
- Qabil Əkbər oğlu Əliyev - kafedra müdiri, fizika-riyaziyyat elmləri namizədi
- Hidayət Məhəmməd oğlu Hüseynov - fizika-riyaziyyat elmləri doktoru, professor
- Aqil Xanməmməd oğlu Xanməmmədov - riyaziyyat elmləri doktoru, professor
- Teymur Məmmədəli oğlu Abbasov - fizika-riyaziyyat elmləri namizədi, dosent
- Rasim Həmid oğlu Şirinov - fizika-riyaziyyat elmləri namizədi, dosent
- Bəhram Bəhlul oğlu Əzizov - fizika-riyaziyyat elmləri namizədi, dosent
- Rəvanə İskəndər qızı Davudova - fizika-riyaziyyat elmləri namizədi, dosent
- Fuad Cavanşir oğlu Əzizov - PhD, baş müəllim
- Asif Fərman oğlu Paşayev - baş müəllim
- Mahir Qazax oğlu Mehdiyev - baş müəllim
- Nigar Faiq qızı Qafarova - baş müəllim
- Nurdan Ağasalam qızı Ağayeva - baş müəllim
- Əbülhəsən Yarbala oğlu Əhmədov - müəllim
- Gündüz Sədrəddin oğlu Mirzəbəyli - müəllim
- Sədaqət İbrahim qızı Həsənova - müəllim
Kafedra tərəfindən tədris olunan fənlərin təsvirini BURADAN görə bilərsiniz.