Abituriyent Məsləhət Mərkəzi

Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılan Abituriyent Məsləhət Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə fəaliyyət göstərir.

Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında ödənişsiz köməklik göstərirlər.

Abituriyent Məsləhət Mərkəzi aşağıda qeyd olunan ünvanda həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71.
Tel.: 055 220 40 58 
E-poçt: qebul@au.edu.az