Müəssisəmizin “SAVADLI GƏNCLƏR – SAVADLI CƏMİYYƏT” prinsipini əsas tutaraq təlim-tədris prosesinin təşkili və idarəolunması sahəsində təhsilalanların maraqlarını peşəkarlıqla müdafiə edən Azərbaycan Universiteti İSO 9001:2015 standartının müəssisədə tətbiq edilməsini bəyan edərək aşağıdakı prinsipləri əsas tutur:
- Fəaliyyətimizin, idarəetmə texnologiyalarının daimi təkmilləşməsi üçün aparıcı vasitə olan İSO 9001:2015 - Keyfiyyət idarəetmə sistemləri – beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması və davamlı olaraq təkmilləşdirilməsi;
- Universitetin fəaliyyətilə bağlı qüvvədə olan qanunvericilik aktlarının və texniki-normativ aktların tələblərinə riayət edilməsi;
- Müəssisənin fəaliyyətinə təsir edə biləcək əhəmiyyətli maraqlı tərəflərin, daxili və xarici faktorların təyin edilmləsi;
- Universitetdə həyata keçiriləcək təlim-tədris xidmətlərinin keyfiyyətinə təsir göstərə biləcək risk və ehtimalların müəyyən edilməsi və nəzarət altına götürülməsi;
- Təhsilalanlara göstərilən xidmətin keyfiyyətinin yüksək səviyyədə təmin edilməsi və fasiləsiz olaraq inkişaf etdirilməsi;
- Bütün aidiyyatı dövlət strukturları ilə səmərəli işbirliyi nəticəsində əldə edilmiş zəngin təcrübənin təhsilalanlarınməmnunluğuna yönəldilməsi və təhsilalanların məmnunluğunun daim ölçülməsi;
AZƏRBAYCAN UNİVERSİTETİNİN rəhbərliyi Keyfiyyət İdarəetmə Sistemi üzrə siyasətin işçi heyətinin diqqətinə çatdırılması və bütün əməkdaşlar tərəfindən onun tələblərinə əməl edilməsi və təkmilləşdirilməsini təmin edir.