İxtisas: Filologiya
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Magistratura
Təhsilin müddəti: 4 semestr (2 il)
İxtisaslaşma: Azərbaycan ədəbiyyatı
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Magistr
Minimum tələblər
Azərbaycan Universitetinin magistratura ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
Xarici vətəndaşlar isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etmədən Azərbaycan Universitetinə müraciət edə bilərlər. Azərbaycan Universitetinin magistratura proqramlarına müraciət etmək istəyən xarici vətəndaşlar doldurulmuş ərizə forması ilə yanaşı bakalavriat diplomunun surəti, bakalavriat diplomunun əlavəsinin surəti (Transkript), IELTS, TOEFL kimi ingilis dili biliklərini göstərən sənədin surəti (yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər), CV (Curriculum Vitae), xarici pasportun surəti, iki tövsiyə məktubu, 300-400 sözdən ibarət motivasiya məktubunu poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
İxtisas üzrə magistr elmi dərəcəsinin verilməsi Azərbaycan ədəbiyyatı üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığının nəzəri məzmununu və gələcək elmi-tədqiqat və pedaqoji fəaliyyətdə tətbiqi üçün zəruri olacaq bilik, bacarıq və vərdişlərin sistemli məcmusunu ehtiva edir. Müasir sosial-mədəni durum filoloqdan yüksək peşəkarlıq səriştəsi tələb edir. Bu baxımdan magistr elmi dərəcəsi almaq üçün nəzərdə tutulmuş Azərbaycan ədəbiyyatı ixtisası üzrə təhsil alan magistrantın nəzəri və praktik hazırlığı önəmli vəzifədir.
İxtisas üzrə proqram Azərbaycan ədəbiyyatşünaslığının mühüm anlayışlarına və müvafiq yaradıcılıq metoduna aid elmi məlumatı və bilikləri mənimsəmələri, peşəkar fəaliyyət növlərini həyata keçirmələri üçün zəruri olan tarixi-ədəbi və nəzəri-metodoloji məsələlər haqqında biliklərin müəyyənləşdirilməsini nəzərdə tutur.
Təhsil haqqı
2000 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (133), 055 220 40 58
E-poçt: qebul@au.edu.az