İxtisas: Sosial iş
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Magistratura
Təhsilin müddəti: 4 semestr (2 il)
İxtisaslaşma: Gənclərlə iş
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Magistr
Minimum tələblər
Azərbaycan Universitetinin magistratura ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
Xarici vətəndaşlar isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etmədən Azərbaycan Universitetinə müraciət edə bilərlər. Azərbaycan Universitetinin magistratura proqramlarına müraciət etmək istəyən xarici vətəndaşlar doldurulmuş ərizə forması ilə yanaşı bakalavriat diplomunun surəti, bakalavriat diplomunun əlavəsinin surəti (Transkript), IELTS, TOEFL kimi ingilis dili biliklərini göstərən sənədin surəti (yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər), CV (Curriculum Vitae), xarici pasportun surəti, iki tövsiyə məktubu, 300-400 sözdən ibarət motivasiya məktubunu poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
Gənclərlə iş ixtisasının missiyası tələbələrə gənclərlə aparılan işin innovativ texnologiyaları və perspektivlərini öyrətməkdir. Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Gənclərlə işin hədəf qrupları yaşı 14-dən 29-dək olan şəxslərdir. Kursun əsas məqsədi magistrantları yuxarı sinif şagirdləri və tələbələrin, gənc alimlərin, hərbi xidmətdə olan gənclərin, istehsal və xidmət sahələrində çalışan gənclərin, yaradıcı və istedadlı gənclərin, gənc idmançıların, işsiz gənclərın, ailəli gənclərin, aztəminatlı ailələrdən olan gənclərin, qaçqın və məcburi köçkün gənclərin qarşılaşdığı problemlər və bu problemlərin həlli yolları ilə tanış etməkdir. Gənclərlə iş ixtisasında təhsil alan tələbələr sağlamlıq imkanları məhdud və əlilliyi olan gənclərə, narkomaniyaya və ya QİÇS-ə düçar olmuş gənclərə və eləcə də digər həssas qruplardan olan gənclərə problemlərindən baş açmaqda göstərilən dəstək formalarını öyrənirlər.
Təhsil haqqı
2000 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (133), 055 220 40 58
E-poçt: qebul@au.edu.az