İxtisas: İqtisad elmləri
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Doktorantura / dissertantura
Təhsilin müddəti: 4 il (qiyabi)
İxtisaslaşma: Sahə iqtisadiyyatı
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: İqtisad elmləri üzrə fəlsəfə doktoru
Minimum tələblər
Azərbaycan Universitetinin doktorantura / dissertantura proqramlarına qəbul müsabiqə əsasında aparılır. Tələb olunan sənədlərin siyahısı aşağıdadır.
- Rektorun adına ərizə
- Kadrların şəxsi qeydiyyat vərəqi
- Tərcümeyi-hal
- 4 ədəd fotoşəkil (3x4)
- İş yerindən xasiyyətnamə
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
- Elmi rəhbərin yazılı razılığı
- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
Tədris proqramının qısa təsviri
Sahə iqtisadiyyatı ixtisası üzrə doktorantura səviyyəsində kadr hazırlığında məqsəd ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin mövcud vəziyyəti, perspektiv inkişafı və problemləri üzrə elmi-tədqiqat işləri aparmaq, ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının müasir problemləri və onların həlli yolları ilə tanış olmaq, ali və orta ixtisas məktəblərində günün tələblərinə uyğun mühazirə və seminar məşğələləri aparmaq bacarığı aşılamaqdır.
Bu ixtisas üzrə təhsil alan mütəxəssislər elmi məqalələr yazmaq, elmi konfranslarda məruzələrlə çıxış etmək, nəzəri və praktik iqtisadiyyatı dərindən təhlil edərək dissertasiya işi yazmaq təcrübəsi qazanırlar.
Təhsil haqqı
1500 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (126), 050 268 38 00
E-poçt: nisakhanim.babayeva@au.edu.az