İxtisas: Tarix
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Dissertantura
Təhsilin müddəti: 4 il (qiyabi)
İxtisaslaşma: Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Tarix üzrə fəlsəfə doktoru
Minimum tələblər
Azərbaycan Universitetinin doktorantura / dissertantura proqramlarına qəbul müsabiqə əsasında aparılır. Tələb olunan sənədlərin siyahısı aşağıdadır.
- Rektorun adına ərizə
- Kadrların şəxsi qeydiyyat vərəqi
- Tərcümeyi-hal
- 4 ədəd fotoşəkil (3x4)
- İş yerindən xasiyyətnamə
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
- Elmi rəhbərin yazılı razılığı
- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
Tədris proqramının qısa təsviri
Azərbaycan Universitetində Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisası üzrə doktorantura səviyyəsində yüksək ixtisaslı kadr hazırlanması əsas istiqamətlərdən biridir. Məqsəd Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları üzrə dərin elmi-tədqiqat işləri aparmaq, müxtəlif elmi problemləri araşdırmaq, Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları fənləri üzrə ali məktəb auditoriyasında bu günün tələblərinə uyğun mühazirə və seminar məşğələləri aparmaq bacarığı aşılamaqdır. Ona görə də bu ixtisas üzrə təhsil alan gənc mütəxəssis elmi məqalələr yazmaq, elmi konfranslarda məruzələrlə çıxış etmək və nəticədə dissertasiya işi yazmaq təcrübəsi qazanır.
Təhsil haqqı
1500 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (126), 050 268 38 00
E-poçt: nisakhanim.babayeva@au.edu.az