İxtisasın adı: İstehlak mallarının ekspertizası və marketinqi
İxtisas qrupu: I
Fakültə: İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi
Təhsilin səviyyəsi: Bakalavriat
Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN
İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə təhsil alan tələbələr istehlak mallarının keyfiyyət problemi və onunla əlaqədar keyfiyyətin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, məhsulların normativ-texniki sənədlərin tələbinə uyğunluğu, onların saxtalaşdırılmasının müəyyən edilməsi, keyfiyyətsiz məhsulların satışına və istehlakına qadağa qoyulması qaydaları, məhsulların qısa əmtəəşünaslıq səciyyəsi, zay məhsulların miqdarının aşkar edilməsi, əhali tələbinin ödənilməsi səviyyəsinin dəqiqləşdirilməsi istiqamətində nəzəri və praktiki biliklər əldə edir, laboratoriyalarda istehlak mallarının fiziki xassəsinin, kimyəvi tərkibinin, malın xüsusiyyətinin, dad və iyinin, məhsula rəng və ətir verən maddələrin araşdırılması metodlarını öyrənirlər.
Proqramı müvəffəqiyyətlə bitirən məzunlar Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, logistika şəbəkələri, kənd təsərrüfatı məhsullarının tədarükü və satışı ilə məşğul olan müəssisələr, məhsulların qablaşdırılması müəssisələrində və başqa bu kimi qurumlarda əmək fəaliyyətinə başlaya bilərlər.