İxtisasın adı: Turizm bələdçiliyi
İxtisas qrupu: II
Fakültə: Biznes və iqtisadiyyat
Təhsilin səviyyəsi: Bakalavriat
Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN
Turizm sektoru dünyada iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul edilir. Turizm potensiallı ölkələr dövlət büdcələrinin böyük hissəsini bu sahənin hesabına formalaşdırırlar.
Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.
Turizm bələdçiliyi ixtisası üzrə məhz bu sahənin problemlərini yüksək peşəkarlıqla həll edə bilən kadrlar hazırlanır.
Turizm bələdçiliyi ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.