İxtisasın adı: Filologiya (İngilis dili və ədəbiyyatı)
İxtisas qrupu: III
Fakültə: Humanitar fənlər
Təhsilin səviyyəsi: Bakalavriat
Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Proqramın məqsədi ixtisas dili üzrə filoloji dünyagörüşü və ixtisaslaşmanı təmin etmək; özəl və ya dövlət müəssisələrində bakalavr səviyyəsində filoloq mövqeyi tutmaq üçün bilik vermək, eyni zamanda ixtisas üzrə filologiya fənlərini yüksək keyfiyyətlə mənimsətmək, tənqidi mühakimə qabiliyyətini formalaşdırmaq və müxtəlif tapşırıqları yerinə yetirmək bacarıqları aşılamaqdır. Filologiya ixtisası dilçilik və ədəbiyyatşünaslıqda ixtisas dilinin dil və ədəbi prosesləri, o cümlədən bu iki sahədə gedən ümumi inkişaf meyillərini əhatə edir. Burada filologiyanın xüsusiyyətləri, onun elmi problemləri, dünya filologiya fikri ilə əlaqəsi öz əksini tapır. Bu ixtisas tələbələrdə filologiya elmini əhatə edən bilikləri aşılayır.
Dərslər respublikada və respublikadan kənar mövcud dərsliklərin potensialından istifadə etməklə tədris edilir. Bizim əsas hədəfimiz həm ədəbiyyat, həm də dilçilik sahəsində ixtisas dili üzrə filologiya elminin bütün incəliklərinə yiyələnmiş kadr resurslarının hazırlanmasıdır.
Təhsil haqqı:
Azərbaycan bölməsi, əyani – 2500 AZN