Azərbaycan Universiteti Respublikada Sosial iş ixtisasının tədris edildiyi ilk Universitetlərdəndir. Sosial iş ixtisası Azərbaycan Universitetində 2009-cu ildən tədris olunur. İxtisasın təhsil proqramına daxil edilməsinin əsas məqsədi Sosial iş sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsidir.
Kafedra respublikada tanınmış mütəxəssisləri, o cümlədən xaricdə və ölkədə Sosial iş təhsili almış sosial işçilər və bu sahədə zəngin praktiki təcrübəsi olan insanları kadr hazırlığına cəlb etməklə ümumilikdə tədris prosesinin keyfiyyətli təşkilini təmin etmək niyyətindədir. Kafedranın qarşısında Sosial iş sahəsində Azərbaycan dilində ədəbiyyat çatışmazlığının aradan qaldırılması, kurikulumun təkmilləşdirilərək ixtisaslaşmış kadr hazırlığına uyğunlaşdırılması, Sosial iş təhsilinin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılmasına nail olmaq, tələbələr üçün təcrübə keçmək prosesinin təkmilləşdirilməsi kimi vəzifələr dayanır.
Kafedra aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlayır
- Sosial iş (Bakalavriat)
- Həyat fəaliyyətinin bütün sahələrində Sosial iş (Magistratura)
- Gənclərlə iş (Magistratura)
Kafedranın heyəti
Kafedrada fəaliyyət göstərən müəllimlər arasında ABŞ-ın və Avropanın aparıcı universitetlərində Sosial iş ixtisası üzrə təhsil almış mütəxəssislər var. 2 müəllim xaricdə magistratura səviyyəsində Sosial iş təhsili alıb. Onlardan biri ABŞ-ın Washington St.Louis Sosial iş Məktəbinin, biri isə Stockholm Universitetinin məzunudur. Müəllimlərdən 1 nəfər elmlər doktoru, 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.
Ümumilikdə isə kafedranın müəllimlərinin hər birinin Sosial iş sahəsində praktiki baxımdan dərin təcrübəsi var.
- Aygün Akif qızı Musayeva – i.ü.f.d., kafedra müdiri
- Mayis Nəbi oğlu Əliyev – h.e.d., professor
- Aysel Tofiq qızı Qasımova – i.ü.f.d., müəllim
- Vüsal Elşad oğlu Abdullayev – sos.ü.f.d., müəllim
- Tünzalə Müslüm qızı Verdiyeva – baş müəllim
- Lalə Əsgər qızı Babayeva - baş müəllim
- Firuzə Allahverdi qızı Hüseynova - müəllim
- Sara Xəlil qızı Ağayeva - müəllim
- Gülnar Məzahir qızı Alverdiyeva - müəllim
- Züleyxa Seyfulla qızı Nəcəfova - müəllim
Kafedra tərəfindən tədris olunan fənlərin qısa təsvirini BURADAN görə bilərsiniz.
Sosial iş ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.