BİZNES VƏ İQTİSADİYYAT FAKÜLTƏSİ - Biznes və iqtisadiyyat fakültəsi haqqında Maliyyə və iqtisadiyyat kafedrası - Tədris olunan ixtisaslar - Kafedranın heyəti HUMANİTAR FƏNLƏR FAKÜLTƏSİ - Humanitar fənlər fakültəsi haqqında Azərbaycan dili və ədəbiyyat kafedrası - Tədris olunan ixtisaslar - Kafedranın heyəti İctimai elmlər kafedrası - Tədris olunan ixtisaslar - Kafedranın heyəti Sosial işin təşkili kafedrası - Tədris olunan ixtisaslar - Kafedranın heyəti Xarici dillər kafedrası - Tədris olunan ixtisaslar - Kafedranın heyəti İKT FAKÜLTƏSİ - İKT fakültəsi haqqında Riyaziyyat və informatika kafedrası - Tədris olunan ixtisaslar - Kafedranın heyəti BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ - Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi haqqında - Sənədlər
Azərbaycan Universitetində ali təhsilin magistratura və doktorantura pilləsində kadrların hazırlanmasının idarə edilməsi, nəzarəti və koordinasiyası Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən həyata keçirilir. Magistr hazırlığı 20, doktorant və dissertant hazırlığı 20 ixtisaslaşma üzrə aparılır. Hazırda magistratura proqramlarında 93 tələbə təhsil alır. Doktorantların sayı 24, dissertantların sayı isə 27-dir.
Mərkəz universitetin magistrant, doktorant və dissertantları ilə bağlı aşağıdakı funksiyaları yerinə yetirir:
- Mərkəzə daxil olan və mərkəzdən xaric edilən sənədlərin qeydiyyatının aparılması;
- İxtisasların dövlət standartlarına uyğunluğunun, işçi tədris planlarının hazırlanmasının və təsdiq olunmasının təmin edilməsi;
- Tədris yüklərinin yoxlanması və kafedralara müvafiq tapşırıqların verilməsi;
- Qəbul planlarının hazırlanması;
- Qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrlərin hazırlanması;
- Tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyəti qurumlara göndərilməsi;
- Dərslərin tədris planına uyğun keçirilməsinin təmin olunması;
- İmtahanların keçirilməsinə, akademik borcların ləğvinə və dərsə davamiyyətə nəzarət edilməsi;
- Təlim-tərbiyə prosesində bilavasitə iştirak edilməsi;
- Protokolların, əmrlərdən çıxarışların və arayışların, eyni zamanda müvafiq sənədlərin hazırlanmasının təmin edilməsi;
- İmtahan cədvəllərinin hazırlanması, sessiya imtahanlarının, istehsalat təcrübələrinin təşkil edilməsi;
- Magistrant, dissertant və doktorantların şəxsi işlərinin formalaşdırılması və standartların tələbinə uyğunlaşdırılması, lazım olduqda onlarda müvafiq dəyişikliklərin edilməsi, o cümlədən təltif və intizam tənbehlərinin qeyd edilməsi;
- Cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsinin təmin edilməsi.
Sənədlərin siyahısı
- Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları
- Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında əsasnamə
- Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar haqqında əsasnamə
- Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında əsasnamə
- Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları
Mərkəzin tərkibi
- Nüşabə Yavər qızı Quliyeva – direktor
- Nisəxanım Teymur qızı Babayeva – mütəxəssis
- İsa Yadigar oğlu Hüseynov – tyutor
- Afiq Hafiz oğlu Nadirov – tyutor
- Aydan Şahin qızı Maksimova – direktor köməkçisi
Tel: (+994 12) 431 41 12/13/16/17 (126)