NEWS

Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 21 ixtisas üzrə qəbul aparacaq

Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 21 ixtisas üzrə qəbul aparacaq

04 june 2020

Baxış sayı: 2580

Azərbaycan Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul planına I qrup üzrə informasiya texnologiyaları, II qrup üzrə beynəlxalq ticarət və logistika, mühasibat, turizm bələdçiliyi, turizm işinin təşkili, III qrup üzrə təhsildə sosial-psixoloji xidmət, fəlsəfə, politologiya, muzey, arxiv işi və abidələrin qorunması ixtisasları əlavə olunub. Beləliklə, bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisasların sayı 21-ə çatıb. Bütün ixtisaslara həm Dövlət sifarişi əsasında (ödənişsiz), həm də ödənişli əsaslarla qəbul aparılır.

Beynəlxalq ticarət və logistika, mühasibat, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisasları Nazirlər Kabinetinin qərarı ilə yeni yaradılan ixtisaslar kateqoriyasındadır və bu ixtisaslara qəbul ilk dəfə aparılacaq. Bu ixtisaslar üzrə ilk buraxılış isə 2024-cü ildə olacaq.

Beynəlxalq ticarət və logistika əvəz etdiyi dünya iqtisadiyyatı ixtisasının bir istiqamətidir. İxtisasın məqsədi qloballaşan dünyada beynəlxalq bazarları, ticarət və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək və bu öyrəndiklərini biznesin müxtəlif sahələrində praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdir.

Mühasibat ixtisası əvəz etdiyi mühasibat uçotu və audit ixtisasının bir istiqamətidir. İxtisasın əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqlar qazandırmaqdır.

Turizm bələdçisi yerli və xarici turistlərə turizm marşrutları üzrə bölgələrimizin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mənəvi tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında məlumat verən şəxsdir.

Turizm işinin təşkili ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında nəzəri və praktiki biliklərə malik kadrların hazırlanmasıdır.

Azərbaycan Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul planı, qəbul şərtləri, tələbə dəstək layihələri, təhsil haqqından azad olunan tələbələr haqqında daha ətraflı məlumatı keçidə daxil olmaqla əldə edə bilərsiniz.

/az/material/1004/azerbaycan-universiteti-bakalavriat-seviyyesine-qebul-elan-edir-2020

İctimaiyyətlə əlaqələr şöbəsi
04.06.2020

OTHER NEWS