NEWS

Magistratura səviyyəsi üzrə boş qalan plan yerləri bakalavrlara təqdim olunur

Magistratura səviyyəsi üzrə boş qalan plan yerləri bakalavrlara təqdim olunur

03 august 2021

Baxış sayı: 2060

Azərbaycan Universiteti 2021/2022-ci tədris ili üçün magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə tələbə qəbulu elan edir. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır. Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.

Filologiya

  • Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) – 5 yer
  • Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) – 5 yer
  • Azərbaycan dili – 5 yer
  • Azərbaycan ədəbiyyatı – 5 yer
  • Dilşünaslıq (ingilis dili) – 5 yer

Tərcümə

  • Tərcümə (ingilis dili) – 5 yer

Tarix

  • Azərbaycanın yeni və ən yeni tarixi – 2 yer

Maliyyə

  • Bank işi – 2 yer
  • Vergi və vergiqoyma – 1 yer

İqtisadiyyat

  • Turizmin iqtisadiyyatı – 1 yer

Kompüter elmləri

  • İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 3 yer

Kompüter mühəndisliyi

  • Kompüter mühəndisliyi – 2 yer

Sosial iş

  • Gənclərlə iş – 3 yer

MBA Proqramı

  • Biznesin təskili və idarə edilməsi (maliyyə sahəsi üzrə, tədris Azərbaycan  dilində) – 1 yer
  • Biznesin təskili və idarə edilməsi (maliyyə sahəsi üzrə, tədris ingilis dilində) – 3 yer
  • Biznesin təskili və idarə edilməsi (marketinq üzrə, tədris Azərbaycan dilində) – 2 yer
  • Biznesin təskili və idarə edilməsi (marketinq üzrə, tədris ingilis dilində)- 1 yer
  • Biznesin təskili və idarə edilməsi (vergi üzrə, tədris Azərbaycan dilində) – 2 yer
  • Biznesin təskili və idarə edilməsi (vergi üzrə, tədris ingilis dilində) – 2 yer
  • Biznesin təskili və idarə edilməsi(mühasibat uçotu üzrə, tədris Azərbaycan dilində) – 1 yer
  • Biznesin təskili və idarə edilməsi (mühasibat uçotu üzrə, tədris ingilis dilində) – 3 yer
  • Biznesin təskili və idarə edilməsi (menecment uçotu üzrə, tədris Azərbaycan dilində) – 1 yer

Bakalavrların nəzərinə çatdırırıq ki,

  • Ödənişli əsaslarla təhsil alanlar üçün Tərcümə (ingilis dili) ixtisaslaşması üzrə təhsil haqqı 1500 manat, Gənclərlə iş ixtisaslaşması üzrə 2200 manat, digər bütün ixtisaslaşamalar üzrə isə 2000 manatdır.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 80, 120, 145 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür.  “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə Beynəlxalq İkili Diplom Proqramı təqdim edir. Proqram kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.
  • Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.

Keçid balları (2021)

  • 263117 İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı 52 (-)
  • 263125 Kompüter mühəndisliyi 57 (-)
  • 263133 Bank işi 49 (-)
  • 263141 Vergi və vergiqoyma 50 (-)
  • 263158 İqtisadiyyatın hüquqi tənzimlənməsi 49 (-)
  • 263166 Turizmin iqtisadiyyatı 48 (-)
  • 263174 Azərbaycan ədəbiyyatı 50 (-)
  • 263182 Azərbaycan dili 50 (-)
  • 263199 Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) 50 (-)
  • 263214 Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) 50 (-)
  • 263222 Dilşünaslıq (ingilis dili) 50 (-)
  • 263239 Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş 67 (67)
  • 263247 Gənclərlə iş 56 (67)
  • 263255 Tərcümə (ingilis dili) 50 (-)
  • 263263 Azərbaycanın qədim və orta əsrlər tarixi 52 (-)
  • 263271 Azərbaycanın yeni və ən yeni tarixi 55 (-)
  • 263288 MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) 54 (-)
  • 263296 MBA - Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) 53 (-)
  • 263311 MBA- Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) 51 (-)
  • 263328 MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu  üzrə) 53 (-)
  • 263336 MBA - Biznesin təşkili və idarə edilməsi (menecment  üzrə) 52 (-)
  • 263344 MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə, ingilis dilində) 51 (-)
  • 263352 MBA - Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə, ingilis dilində) 50 (-)
  • 263369 MBA - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə, ingilis dilində) 51 (-)
  • 263377 MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə, ingilis dilində) 49 (-)
  • 263385 MBA - Biznesin təşkili və idarə edilməsi (menecment uçotu üzrə, ingilis dilində) 50 (-)

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Daha ətraflı məlumat üçün bizə yaza bilər, yaxud əlaqə saxlaya bilərsiniz.

  • E-poçt: qebul@au.edu.az
  • Tel.: (+99412) 431 41 17

İctimaiyyətlə əlaqələr şöbəsi 
03.08.2021

OTHER NEWS