NEWS

Tələbələr Türkiyənin 10-dan çox universitetində oxuya biləcəklər

Tələbələr Türkiyənin 10-dan çox universitetində oxuya biləcəklər

17 february 2017

Baxış sayı: 4188

Beynəlxalq əlaqələr şöbəsi tərəfindən “Mövlanə” mübadilə proqramının tələbə və müəllim heyəti üçün tanıtımı keçirilib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Universitetinin müəllim və tələbələri proqram çərçivəsində 2017/2018-ci tədris ilində Türkiyənin 10-dan çox tərəfdaş universitetində oxuya bilər, tədris prosesində yaxud birgə tədqiqatlarda iştirak edə bilərlər. Proqram ilə bağlı əlaqələndiricilik məsələləri universitetin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur. Mübadilə proqramında iştirak etmək istəyən müəllim və tələbələr tələb olunan müvafiq sənədləri 20 fevral 2017-ci il tarixinə qədər şöbəyə təqdim etməlidirlər.

Proqram, Türkiyə Ali Təhsil Qurumu tərəfindən maliyyələşdirilir. Bakalavriat pilləsində təhsil alan tələbələrin 4 ballıq GPA üzrə orta balı ən azı 2,5; magistratura və doktorantura pilləsində təhsil alanların isə 4 ballıq GPA üzrə orta balı ən az 3.00 olmalıdır. 

Mübadilə proqramında iştirak edən tələbələr tərəfdaş universitetə hər hansı ödəniş etmirlər. Onlara  müəyyən nisbətlərdə qrantlar verilir və qazandıqları kreditlər Azərbaycan Universiteti tərəfndən tanınır. 

Proqramın məqsədi Türkiyənin ali təhsil müəssisələri ilə bölgə və dünya ölkələrinin ali təhsil ocaqları arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artması və zənginləşməsini təmin etməkdir.

Tərəfdaş universitetlər və ixtisaslar ilə bağlı daha ətraflı məlumat aşağıdadır:

/News/Show/2017-movlane-mubadile-proqramina-sened-qebulu-elan-edilir/

İctimaiyyətlə əlaqələr şöbəsi
17.02.2017

OTHER NEWS