NEWS

Azərbaycan Universitetinin müəllimi

Azərbaycan Universitetinin müəllimi

12 january 2016

Baxış sayı: 6524

Azərbaycan Universiteti Humanitar fənlər fakültəsinin dekan müavini, Filologiya üzrə fəlsəfə doktoru Tariyel Qəni “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin keçirdiyi müsabiqədə fəal iştirakına görə Fəxri fərmanla təltif edilmiş Tariyel müəllimi ürəkdən təbrik edir, ona gələcəkdə daha böyük uğurlar arzu edirik.
Qeyd edək ki, bu Tariyel Qəninin ilk uğuru deyil. Belə ki, o Azərbaycan Yazıçıları Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü, həmçinin Prezident təqaüdçüsüdür.  Tariyel müəllim həmçinin 6 kitab, 20-dən artıq məqalə və tezisin müəllifidir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
12.01.2016

OTHER NEWS