NEWS

Azərbaycan Universitetində tanınmış tərcüməçilərlə görüş rubrikası davam edir

Azərbaycan Universitetində tanınmış tərcüməçilərlə görüş rubrikası davam edir

27 april 2016

Baxış sayı: 5670

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində “Tanınmış tərcüməçilərlə görüş” rubrikasında tələbələrin növbəti qonağı Xarici dillər-1 kafedrasının müdiri dos. Hüseyn Hüseynov, kafedranın müəllimləri prof. Çingiz Qaraşarlı və dos. Rafiq Şabanov olub. Tələbələrin peşəkar inkişafının dəstəklənməsi məqsədiylə fəaliyyət göstərən rubrikanın qonaqları - tərcümə sənətinin inkişafında xidmətləri olan tanınmış tərcüməçilər öz təcrübələrini tələbələr ilə bölüşürlər.
Görüşü kafedra müdiri Hüseyn Hüseynov açıq, tərcüməçi müəllimlərin əmək və peşə fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra prof. Çingiz Qaraşarlı və dos. Rafiq Şabanov “Nitq və dil mədəniyyəti və tərcümə sənəti arasındakı qarşılıqlı münasibətlər” və “Milli koloritli leksik tərcümənin əhəmiyyəti” mövzusunda çıxış ediblər. Tərcüməçi müəllimlər xarici ölkələrdəki fəaliyyətləri dövründə yaddaqalan xatirələrini də tələbələrlə bölüşüblər. Görüş maraqlı müzakirələr ilə davam edib və tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
27.04.2016

OTHER NEWS