NEWS

Bu il altıncısı keçirilən olimpiadanın qalibləri mükafatlandırılıb

Bu il altıncısı keçirilən olimpiadanın qalibləri mükafatlandırılıb

26 december 2015

Baxış sayı: 4487

Təhsil Problemləri İnstitutu (TPİ), Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə bu il altıncısı keçirilən “Fənlərin dostluğu” olimpiadasının qalibləri mükafatlandırılıb. Olimpiadanın bu ilki qalibi Xırdalan şəhəri 5 nömrəli məktəbin 10-cu sinif şagirdi Jalə Məmmədovadır. 2-ci yeri Biləsuvar rayonu, M. İbrahimov adına litseyin şagirdi Fidan Piriyeva, 3-cü yeri isə Bakı Avropa Litseyinin şagirdi Leyla Məmmədzadə tutub.
Birinci yerin sahibinə planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı; ikinci yerin sahibinə planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı; üçüncü yerin sahibinə isə planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf Kurslarında bir illik 50% güzəştli təhsil alma imkanı təqdim edilib.
Olimpiadanın digər qalibləri isə aşağıdakı kimi sıralanıb:
4-cü yer - Bakı Dəyanət Litseyinin şagirdi Fariz Qocayev;
5-ci yer - Laçın rayonu, Bozlu kənd orta məktəbinin şagirdi Leyla Əlizadə, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Litseyin 10-cu sinif şagirdi Eşqin Məmmədov və Biləsuvar rayonu, M.İbrahimov adına Litesyin şagirdi Zərifə Şahbazlı;
6-cı yer - Xırdalan şəhəri 3 nömrəli məktəbin şagirdi Günay Şıxəliyeva;
7-ci yer - Xırdalan şəhəri 3 nömrəli məktəbin şagirdi Nəzrin Dadaşova;
8-ci yer- Biləsuvar rayon M.İbrahimov adına Litseyin şagirdi Fail İmanov, Xəlil Ağayev, Murad Əzimli və Bakı Avropa Litseyinin şagirdi Sabir Tağızadə, Bakı Dəyanət Litseyinin şagirdi Vüsal İsmayılov;
9-cu yer - Xırdalan şəhəri 3 nömrəli orta məktəbin şagirdi Vüsal Şahbazzadə;
10-cu yer - Biləsuvar rayonu, M. İbrahimov adına Litseyin şagirdi Rəhman Həsrətli və Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 72 nömrəli orta məktəbin şagirdi Yunis Məmmədli.
4-10-cu yerlərin sahibləri “OYAL”dan və “Kitabevim.az”dan hədiyyə paketi, Hədəf Kurslarında bir illik  30% güzəştli təhsil alma imkanı ilə mükafatlandırılıblar.
Bakı şəhəri 6 nömrəli tam orta məktəbdə keçirilən mükafatlandırma mərasimində qonaqlara Olimpiadanın 6-cı dəfə keçirilməsi münasibəti ilə “Hədəf nəşrləri”ndə yeni işıq üzü görmüş “İnteqrativ testlər” kitabı hədiyyə olunub. Kitabda 2010-2015-ci illər ərzində FDO-ya düşən bütün suallar, onların izahları və doğru cavabları, fənlərin inteqrasiyası haqqında məqalələr və Olimpiadanın tarixini əks etdirən fotolar yer alıb. Nəşrin redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, redaksiya heyəti isə 6 il müddətində FDO suallarını hazırlayan ekspert-müəllim heyətidir.
Qeyd edək ki, olimpiada hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçirilir. Layihənin ideya müəllifi, f.ü.f.d., dos Şəmil Sadiqdir. 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
26.12.2015

OTHER NEWS