NEWS

Azərbaycan Universiteti subbakalavrlar üçün “part-time” təhsil modelini tətbiq edəcək

Azərbaycan Universiteti subbakalavrlar üçün “part-time” təhsil modelini tətbiq edəcək

22 august 2019

Baxış sayı: 3514

2019/2020-ci tədris ilində Azərbaycan Universitetinə qəbul olan subbakalavrların nəzərinə!

Azərbaycan Universitetində qiyabi təhsilalma forması olmadığından işləyən subbakalavrlar üçün “part-time” təhsil modeli tətbiq olunacaqdır. Bu qərar tələbələr üçün daha geniş təhsil imkanlarının yaradılması məqsədilə alınıb.

“Part-time” (tədrisə qismən cəlb olunma) əyani təhsilalma formasının bir növü olub, hər semestrdə iki fəndən az olmamaqla tədris qrafiki tələbənin özü tərəfindən planlaşdırılır.

Bu imkandan faydalanmaq istəyən subbakalavrlarlar universitetə iş yerindən arayış təqdim etməlidirlər. Onlar daha ətraflı məlumatı qeydiyyat zamanı ala bilər, həmçinin (+99450) 268 38 19 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71

İctimaiyyətlə əlaqələr şöbəsi
23.08.2019

OTHER NEWS