Registration for undergraduate program

Bakalavriat qeydiyyatı üçün lazım olan sənədlər

  • Attestatın əsli
  • Şəxsiyyət vəsiqəsinin əsli (surəti ilə birlikdə)
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün)
  • Sağlamlıq haqqında tibbi arayış
  • 6 ədəd 3x4 ölçüsündə fotoşəkil (son 6 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)
  • DİM şəxsi kabinetin istifadəçi adı və şifrəsi
  • Təhsil haqqının ödənildiyinə dair bank qəbzi

Qeyd: Ödənişli əsaslarla təhsil alan;

  • Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları olan tələbələr yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əsli  və surətini universitetə təqdim etməlidirlər.

Qeyd2. 18 yaşı tamam olmamış abituriyentin valideyni qeydiyyatda iştirak etməlidir. Valideynlərdən özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur. 

Əlavə məlumat üçün
Azərbaycan Universiteti
Sənəd Qəbulu Komissiyası
Azərbaycan Respublikası
Bakı şəhəri, Nəsimi rayonu
Ceyhun Hacıbəyli küçəsi, 71
Tel: (+99412) 431 41 12 (daxili 172)