Second higher education

İkinci ali təhsil əyani, qiyabi və distant (pandemiya şəraitində) təhsil formalarında həyata keçirilir. İkinci ali təhsili almaq üçün əvvəlki ali təhsili və ya hal-hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil  müəssisəsində  müsabiqə komissiyası tərəfindən müəyyən edilir.

Azərbaycan Universitetində ikinci ali təhsil aşağıdakı ixtisaslar üzrə təşkil olunur:

  • Menecment
  • Marketinq
  • Mühasibat
  • Maliyyə
  • Biznesin idarə edilməsi
  • Beynəlxalq ticarət və logistika
  • Sosial iş
  • Təhsildə sosial-psixoloji xidmət
  • Kompüter mühəndisliyi
  • Tarix
  • Tərcümə (ingilis dili)
Təkrar ali təhsil üçün sənəd qəbulu 02-31 avqust 2021 tarixlərində və yalnız onlayn formada office@au.edu.az elektron poçtu vasitəsilə aparılacaqdır. Müraciət üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:
  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə
  • Ali təhsili haqqında sənədin (diplomun) surəti, diploma əlavə və akademik transkript
  • Əmək kitabçasından çıxarış
  • İş yerindən arayış
  • 4 ədəd 3x4 fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış
Təhsil xərclərinin miqdarı ali təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir.