Doktorantura və dissertanturaya qəbul

Azərbaycan Universiteti fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Sənəd qəbulu 20 sentyabr 2020-ci il saat 17.00-a qədər aparılacaqdır.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı

İqtisad elmləri

  • İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müəssisələrin təşkili və idarə edilməsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix elmləri

  • Ümumi tarix – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • Dil nəzəriyyəsi – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müqayisəli - tarixi və müqayisəli tipoloji dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Sosial iş

  • Sosial problemlər - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sosial iş - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı

İqtisad elmləri

  • Daxili fiskal siyasət və dövlət maliyyəsi – 1 nəfər, ödənişli əsaslarla
  • Mühasibat uçotu – 1 nəfər, ödənişli əsaslarla
  • İqtisadi fəaliyyət növləri – 1 nəfər, ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat - 1 nəfər, ödənişli əsaslarla
  • Dünya iqtisadiyyatı - 1 nəfər, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, ödənişli əsaslarla

Tarix elmləri

  • Ümumi  tarix - 1 nəfər, ödənişli əsaslarla
  • Vətən tarixi - 1 nəfər, ödənişli əsaslarla
  • Beynəlxalq münasibətlər tarixi - 1 nəfər, ödənişli əsaslarla
  • Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları - 1 nəfər, ödənişli əsaslarla

Filologiya elmləri

  • Tətbiqi dilçilik - 1 nəfər, ödənişli əsaslarla
  • Dil nəzəriyyəsi - 1 nəfər, ödənişli əsaslarla
  • Azərbaycan dili - 1 nəfər, ödənişli əsaslarla
  • German dilləri - 1 nəfər, ödənişli əsaslarla
  • Müqayisəli - tarixi və müqayisəli tipoloji dilçilik - 1 nəfər, ödənişli əsaslarla
  • Azərbaycan ədəbiyyatı - 1 nəfər, ödənişli əsaslarla
  • Türk xalqları ədəbiyyatı - 1 nəfər, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, ödənişli əsaslarla

Tələb olunan sənədlərin siyahısı

  • Rektorun adına ərizə
  • Kadrların şəxsi qeydiyyat vərəqi
  • Tərcümeyi-hal
  • 4 ədəd fotoşəkil (3x4)
  • İş yerindən xasiyyətnamə
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
  • Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
  • Elmi rəhbərin yazılı razılığı
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti

Bir tədris ili üçün təhsil haqqı 1500 manatdır.

Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanlarından azad olunurlar.

Daha ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)