NEWS

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi görüş təşkil edib

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi görüş təşkil edib

05 april 2024

Baxış sayı: 152

Azərbaycan Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi magistratura pilləsi üzrə ikinci kursda təhsil alan tələbələrlə görüş keçirib.

Görüşdə mərkəzin tyutoru Afiq Nadirov magistrantları elmi-pedaqoji və elmi tədqiqat təcrübələrinin yekunları ilə tanış edib, eləcə də təcrübə sənədlərinin doldurulması; magistrantların dissertasiya işlərinin hazırlanması, təqdim olunması və müdafiə olunması qaydaları; ilkin müzakirəyə hazırlıq; Yekun Dövlət Attestasiyasına hazırlıq haqqında məlumat verib.

Görüşdə həmçinin mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS