NEWS

ECAR layihəsinin beynəlmiləlləşmə komitəsinin iclası keçirilib

ECAR layihəsinin beynəlmiləlləşmə komitəsinin iclası keçirilib

15 april 2024

Baxış sayı: 92

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində növbəti görüş Gəncə şəhərində təşkil olunub. 

Azərbaycan Texnologiya Universitetində keçirilən görüşdə layihənin beynəlmiləlləşmə komitəsinin iclası keçirilib. İclasda komitənin yeni sədri və müavinləri seçilib.

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən görüşdə isə komitənin gələcək fəaliyyətinə dair müzakirələr aparılıb. Tədbirdə bu ali məktəbin rektoru Zəfər Qurbanov çıxış edərək, təhsil sahəsində beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından ECAR layihəsinin əhəmiyyətini vurğulayıb. 

İştirakçılar görüşdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası,  laboratoriyaları, tələbə parkı, qapalı və açıq balıq yetişdirmə laboratoriyaları, istixana kompleksi və eksperimental heyvandarlıq mərkəzi, o cümlədən tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Universitetini tədbirlərdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin əməkdaşı Sevlan Qurbanova təmsil edib. Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. ECAR layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS