|
Azerbaijan University is the first private university established in Azerbaijan. But to be established first does not mean to be first in education. We realize this fact and try to create a new, dynamic and flexible educational institution so that we can prepare highly qualified specialists for our changing and developing Azerbaijan. |
|
|






![]() | Bu gün | 5 |
![]() | Dünən | 54 |
![]() | Bu həftə | 182 |
![]() | Keçən Həftə | 305 |
![]() | Bu ay | 487 |
![]() | Keçən ay | 734 |
![]() | Ümumi | 1221 |
Azərbaycan Universiteti bütün xanımları 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edir![]() Hörmətli qadınlar, əziz xanımlar! Friday, 5 March 2010 READMORE |
Azərbaycan Universitetində “Xocalı soyqırımı” yad edilib![]() Azərbaycan Universitetində “Xocalı soyqırımı”nın 18-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Universitetin professor – müəllim heyəti və tələbələrin iştirak etdiyi mərasimdə Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların və Xocalıda qətl edilənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocalı həqiqətlərini əks etdirən video, slayd və foto-şəkillərin nümayişi təşkil ... Friday, 26 February 2010 READMORE |
Azərbaycan Universiteti ilə Azərbaycan Sahibkarlar Konferedasiyası arasında Əməkdaşlıq müqaviləsi imzalanmışdır![]() Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti (AU) arasında Əməkdaşlıq müqaviləsi imzalanmışdır Saturday, 30 January 2010 READMORE |
Azərbaycan Universiteti və Oklahoma Dövlət Universiteti arasında video-tele-konfrans keçirilibAzərbaycan Universiteti (AU) və Oklahoma Dövlət Universiteti (ADU) arasında video-tele-konfrans keçirilib. Hər iki universitet video-tele-konfransda iki təqdimat materialı ilə çıxış edib. Materialın biri universitet haqqında ümumi məlumat, ikincisi isə tələbə təşkilatları və onların fəaliyyətinə həsr olunub. Saturday, 23 January 2010 READMORE |
Azərbaycan Universitetində “20 yanvar faciəsi”ni anım tədbiri keçirilib18 yanvar 2009-cu il tarixində Azərbaycan Universitetində “20 yanvar faciəsi”nin 20-ci ildönümünə həsr edilən anım tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Monday, 18 January 2010 READMORE |
Bayramınız mübarək!![]() Azərbaycan Universitetinin rektoru, prof. Akif Musayevin təbriki! Əziz tələbələr, hörmətli universitet əməkdaşları! Tuesday, 29 December 2009 READMORE |
Azərbaycan Universitetinin tərəfdaşı Corciya Dövlət Universitetinin “Keçid ölkələrində Biznes məktəblərinin inkişafı proqramının” rəhbəri professor, doktor Bijan Fazlollahi Universitetimizin qonağı olmuşdur![]() 6-14 dekabr tarixində Universitetimizin qonağı olan prof., doktor Bijan Fazlollahinin səfərində məqsəd AU rəhbərliyi ilə MBA və BBA proqramlarının vəziyyəti və icrası ilə yaxından tanış olmaqdır. Tuesday, 8 December 2009 READMORE |
Heydər Əliyev irsini öyrənirikAzərbaycan Universitetinin Beynəlxalq Jurnalistka ixtisası üzrə təhsil alan tələbələri Ruslan Yusibov, Aygün Hənifəyeva və Susana Şammədova “Heydər Əliyev irsini öyrənirik” kursunda iştirak ediblər. Kurs, “Azərbaycan Respublikasi Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə yardımı ilə təşkil olunub. Layihəni “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi həyata ... Tuesday, 8 December 2009 READMORE |
Azərbaycan Universitetinin rektoru Akif Musayev “Müqəddəs hissin təzahürü” kitabının təqdimat mərasimində iştirak edibAzərbaycan Universitetinin rektoru prof. Akif Musayev, mərhum yazıçı-jurnalist Canalı Mirzəliyev tərəfindən qələmə alınan və mayor Aidə Şirinovanın 50 illik yubileyinə həsr edilən “Müqəddəs hissin təzahürü” kitabının təqdimat mərasimində çıxış edib. Tuesday, 8 December 2009 READMORE |
Scientific-practical conference role of transparency in effective management of financial resources in the post crisis economy![]() Tomorrow there will be held international scientific-practical conference Role of Transparency in Effective Management of Financial Resources in the Post Crisis Economy.The conference will last 2 days (16-17 October) and take place in the Gulustan palace. The Rector of Azerbaijan University, the Associate Member of the Azerbaijan National Academy of Sciences Akif Musayev will give a talk on the subject “Efforts to eliminate the global financial crisis and the necessity to improve the international financial control” on the first day of the conference.... Thursday, 15 October 2009 READMORE |
First lady of Georgia met with georgian students studying at GSU, partner University of AU![]() Twenty Georgia State University business students from the country of Georgia had lunch Sept. 18 with Georgian First Lady Sandra Saakashvili, who praised them for their scholarship and reminded them of the role they will play in building the economy of the former Soviet republic.“We are very impressed by your achievements,” she told the students during lunch at the Commerce Club in downtown Atlanta. “You know how important it is for Georgia to have good managers. This is a key issue for Georgia.” y Georgia State University business students from the country of Georgia had lunch Sept. 18 with Georgian First Lady Sandra Saakashvili, who praised them for their scholarship and reminded them of the role they will play in building the economy of the former Soviet republic. “We are very impressed by your achievements,” she told the students during lunch at the Commerce Club in downtown Atlanta. “You know how important it is for Georgia to have good managers. This is a key issue for Georgia.” Many of the students are in a dual-degree program with Georgia State and the Caucasus School of Business in Tbilisi, Georgia’s capital. Bijan Fazlollahi, a professor in Georgia State’s Robinson College of Business and director of Robinson’s Center for Business Development in Transitional Economies, helped establish the Caucasus school more than a decade ago and since then has directed many programs there. In 2004, Georgian President Mikheil Saakashvili named Dr. Fazlollahi an honorary citizen of Georgia. Ms. Saakashvili taught French at the Caucasus school from 2003 to 2007. The school now has more than 2,000 students and an American-style doctoral program. “I plan to attend the graduation ceremony in Tbilisi on Oct. 14 where we will award the first Ph.D. to Boris Lezhava,” Dr. Fazlollahi said at the luncheon for Ms. Saakashvili, which he hosted. “The Ph.D. program has extended the capacity of the Caucasus School of Business from a teaching establishment to a teaching and research institution.” There are currently more than 30 students from the country of Georgia in undergraduate and graduate business programs at Georgia State. “Robinson has benefited from excellent Georgian students in our classes,” said Dr. Fazlollahi. “They take five classes and they get five A's.” Givi Buiglishvili, one of the Georgian students who attended the luncheon, said he appreciates Ms. Saakashvili’s visit and understands the expectations his country has for students who attend college in the United States. “We come here to be professi... Thursday, 15 October 2009 READMORE |
Highlighting good works of our partner university GSU![]() Highlighting the good works of GSU around the world.Bijan Fazlollahi visited the capital city of Tbilisi, Republic of Georgia, in 1996, and right away he determined that there was a real need to train a new generation of managers to assist Georgia’s economic transition. Fazlollahi, director of the Center for Business Development in Transitional Economies at GSU and a professor in the Institute of International Business, obtained a grant from the U.S. Agency for International Development (USAID) through the Eurasia Foundation.... Thursday, 15 October 2009 READMORE |
AU məzunlarının Dövlət Qulluğu müsabiqələrində göstərdiyi nəticələr![]() Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Qulluğu ilə bağlı dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı 6 müsabiqə keçirmişdir. “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğun olaraq inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqələr test imtahanı və müsabiqə mərhələlərindən ibarətdir.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universiteti "Ən yaxşı nümayiş" diplomuna layiq görüldü![]() III Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” “Education and Career” Sərgisi tədris ilinin əvvəlində, 10-12 sentyabr tarixlərində Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirildi. Azərbaycan Universiteti bu il də sərgidə iştirak etdi. Qeyd edək ki, Azərbaycan Universiteti sərgidə iştirak edən yeganə özəl universitet oldu. Dövlət Universitetlərindən Bakı Dövlət Universiteti, Aqrar Universitet, İqtisad Universiteti və Dillər Universiteti də sərgidə iştirak etdilər. Azərbaycan Universiteti ən yaxşı stend və nümayiş nominasiyasında "For the best performanse" sertifikatına layiq görüldü.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universiteti ənənəvi "Məzun günü"nü qeyd etdi![]() Azərbaycan Universitetinin ənənəvi “Məzun günü” 29 İyun 2009-cu ildə Azərbaycan Dövlət Opera-Balet Teatrında Azərbaycan Universitetinin “Məzun Günü” keçirildi. Tədbiri giriş sözü ilə açan AU rektoru, prof. Akif Musayev tələbələri, qonaqları, media təmsilçilərini salamladıqdan sonra Universitetin həyatında baş verən önəmli gəlişmələrlə bağlı qısa məlumat verdi. Universitetin fəaliyyəti və perspektiv planları haqqında isə prorektor Xaləddin İbrahimli hesabat xarakterli çıxış etdi.... Thursday, 15 October 2009 READMORE |
“SIFE” AZƏRBAYCAN UNİVERSİTETİNDƏ![]() Azərbaycan Universiteti bu ildən “TASF” a - “Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində” (Students in Free Enterprise- SIFE) beynəlxalq tələbə proqramına qoşuldu. Bu proqramın əsası 1975-ci ildə ABŞ Universitetləri tərəfindən qoyulmuşdur. Hal-Hazırda 50-dən çox ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən dünya çempionatında öz ölkələrini və universitetlərini təmsil edirlər. 2006-cı ildən etibarən Azərbaycan komandaları dünya çempionatlarında iştirak etmək hüququ qazanıblar. Çempionatın keçirilməsində məqsəd – Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik, komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universiteti Türkiyənin Yaşar Universiteti ilə əməkdaşlıq barədə Niyyət Protokolu imzalamışdır![]() Türkiyənin Yaşar Universitetinin rektoru Murat Barkan, prorektoru Behzat Gürkan və Maliyyə dairəsinin rəhbəri Atilla Gümüş 29-30 may 2009-cu il tarixlərində Azərbaycan Universitetinin fəxri qonaqlarıdır. Tədrisdə və işgüzar münasibətlərin qurulmasında qarşılıqlı maraqlara əsaslanaraq tərəfdaş universitetlər 29 may 2009-cu il tarixində Niyyət Protokolu imzalamışlar. Protokolu Türkiyə tərəfindən Yaşar Universitetinin rektoru, prof., doktor Murat Barkan, Azərbaycan tərəfindən Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, prof., Akif Musayev imzalamışlar.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universitetinin kollektivi 20 nömrəli məktəbin pedaqoji kollektivi və məzunları ilə görüş keçirdi![]() Azərbaycan Universitetinin professor-müəllim heyəti - rektor prof. Akif Musayev, prorektor prof. Xaləddin İbrahimli. BBA proqramının direktoru dos. Tofiq Əhmədov, mətbuat katibi Venera Şərifzadə, Tahir Məmmədov və bir qrup tələbə 20 nömrəli məktəbin müəllimləri və məzunları ilə görüş keçirmişdir. Görüşdə məktəblə universitet arasında əlaqələrin qurulması və əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılmışdır. Əvvəlcə təqdimatla çıxış edən T. Əhmədov AU haqqında görüş iştirakçılarına universitetin həyata keçirdiyi yeniliklərdən, beynəlxalq əlaqələrindən, tərəfdaş universitetlərlə qurulmuş münasibətlər haqqında ətraflı məlumat vermişdir.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universiteti yarımfinalda![]() Azərbaycan Universitetinin "Prestij" komandası Universitetlərarası Şən Hazırcavablar festivalında artıq yarımfinala vəsiqə qazanmışdır. Keçən festivalda da fəal iştirak edən "Prestij" komandası bu yaxınlarda Suraxanı rayonu 7 saylı uşaq evini ziyarət etmiş və maraqlı proqramla çıxış etmişlər. Uşaqların könlünü oxşayan səhnəciklər təqdim edən komandamızı İnternat məktəbi öz Buraxılış gününə dəvət etmişdir. May ayının 22-də keçiriləcəyi nəzərdə tutulan "Bahar" festivalında da komandamızın tam tərkiblə iştirak edəcək. Komandamızın yarıfinal oyunu may ayının 24-ü, saat 13:00 da Aktyorlar evində baş tutacaq. Onlara uğurlar arzulayırıq!!!... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universitetində fəxri qonaqla görüş![]() May ayının 19-da Azərbaycan Universitetində Almaniyanın Ziger Universitetinin vitse-prezidenti, professor Manfred Grauerlə müəllim heyətinin və tələbələrin görüşü keçirildi. Bu görüşdə Azərbaycan Universiteti ilə Zigen Universiteti arasında yaxın perspektivdə qurulacaq əlaqələrin istiqamətləri, eləcə də, Azərbaycan Universiteti tələbələrin Zigen və Almaniyanın digər Universitetlərində təhsillərini davam etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Artıq gələn ildən başlayaraq Azərbaycan Universitetinin tələbələri təhsillərini Almaniya universitetlərində davam etdirə biləcəklər. Professor Manfred Grauer tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı. Görüşün... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universiteti Tempus layihəsində![]() Tempus Avropa Birliyinin ali təhsil proqramıdır. Proqramın məqsədi partnyor ölkələrdə institusional əməkdaşlığın inkişafı və ali təhsilin təkmilləşməsinə və müasirləşməsinə yönəlmişdir. Bu proqram çərçivəsində keçirilən islahatlara baxmayaraq bu sahədə hələ də bir sıra problemlər (ali məktəblərin idarə olunması, köhnəlmiş tədris proqramları) qalamaqdadır. Tempus IV 2007-2013 -cü illər üçün nəzərdə tutulmuş proqramında Naxçıvan Dövlət Universiteti "Universitetlərin idarə olunması və maliyyə muxtariyyəti üzrə mütərəqqi Avropa təcrübəsinin yayılması üçün regional yenidən təlim mərkəzlərinin yaradılması" adlı layihə ilə Avropa Birliyi ölkələrindən 2 universitetlə müsabiqədə iştirak edir. Azərbaycan Universiteti bu proqramda tərəfdaş universitet kimi iştirak etmək üçün Naxçıvan Dövlət Universiteti tərəfindən təklif almışdır. Təklif Azərbaycan Universitetinin rəhbərliyi tərəfindən qəbul olunmuş və bunun üçün lazım olan bütün sənədlər hazırlanıb NDU-ya göndərilmişdir... Thursday, 15 October 2009 READMORE |
Nyu- York Dövlət Universitetinin Buffalo Hüquq məktəbinin Beynəlxalq Proqram üzrə direktoru professor İzabel Markus Azərbaycan Universitetində olmuşdur![]() May ayının 12-də Nyu-York Dövlət Universitetinin Buffalo Hüquq məktəbinin Benəlxalq Proqram üzrə direktoru professor İzabel Markusun Azərbaycan Universiteti tələbələri ilə görüşü olmuşdur. Görüşdə qadın hüquqları, ailə zorakılığından qadınların müdafiəsi, bu sahədə beynəlxalq təcrübə kimi məsələlərin interaktiv şəkildə müzakirəsi keşirilmişdir. Tələbələr Amerikalı professora müasir Azərbaycan cəmiyyətində qadınların ailədə və ictimai həyatda rolu ilə bağlı formalaşmış rəylə bağlı öz mülahizələrini çatdırdılar. Amerikalı professor Azərbaycan Universitetinin tələbələrilə görüşdən məmnun qaldığını bildirdi.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 86-cı il dönümünə həsr edilmiş elmi-praktiki seminar keçirildi![]() Mayın 4-də Azərbaycan Universitetinin professor-müəllim heyəti və tələbələri xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək dahi Öndərin xatirəsini yad etmişlər. Sonra Azərbaycan Universitetində ümummilli liderin anadan olmasının 86-cı il dönümünə həsr olunmuş elmi-praktiki seminar öz işinə başlamışdır. Seminarı açıq elan edən univbersitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev Heydər Əliyevin şərəfli siyasi fəaliyyəti barədə danışmış, Ulu Öndərin öz ömrünü Azərbaycan xalqına həsr etdiyini vurğulamışdır. A. Musayev Heydər Əliyevin doğma Azərbaycanı ən ağır günlərində xilas etdiyini, müstəqil dövlət kimi bütün dünyaya tanıtdığını və ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında əvəzsiz xidmətlər göstərdiyini bir daha xatırlatmışdır. Rektor qeyd etmişdir ki, Ulu Öndərin şah əsəri olan müasir Azərbaycanın və onun inkişaf konsepsiyasının daimi olaraq müstəqil dövlətçiliyimizin əsasını təşkil edəcəyi şübhəsizdir.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan Universiteti başsağlığı verir![]() Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan Universiteti başsağlığı verirAzərbaycan Universitetinin professor-müəllim heyəti və tələbələri Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciədə həlak olan vətəndaşlarımızın və əcnəbi tələbələrin ailə üzvlərinə və qohumlarına dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik çıxdıqlarını bildirirlər.Allah rəhmət eləsin!... Thursday, 15 October 2009 READMORE |
Bakı - İzmir, Azərbaycan Universiteti və Yaşar Universiteti![]() 5-9 Mart 2009 tarixində Azərbaycan Universitetinin rektoru prof. A. F. Musayev və elm işləri üzrə prorektor prof. X. C. İbrahimli Türkiyənin Yaşar Universitetinin rektoru prof. Murat Barkan və universitetin genel sekretarı prof. Behzat Gürkanın dəvəti ilə İzmirdə rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan Universiteti ilə Yaşar Universiteti arasında bir sıra vacib istiqamətlərdə əmakdaşlıq barədə ilkin razılaşma əldə edilib. Belə ki, Yaşar Universiteti AU-ya kampus quruculuğu sahəsində məsləhətlər vercək, hazırlıq kurslarının təşkilində, uzaqdan öyrətim təhsil sisteminin tətbiqində, məslək yüksək okulunun qurulmasında elmi-nəzəri, metodiki yardım göstərəcək.... Thursday, 15 October 2009 READMORE |
Aplication FormAZERBAIJAN UNIVERSITYExecutive MBA Program 2009 1. Personal Mr./Miss/Mrs.Family Name _______________________First Name_________________________Middle Initial ____Home address (no. + street) Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universiteti EMBA proqramının təqdimat mərasimini keçirdi![]() 6 fevral 2009-cu il tarixdə Azərbaycan Universiteti (AU) “Excelsior” otelində EMBA proqramı üçün açıq söhbət təşkil etdi. Tədbirdə çoxsaylı media və biznes nümayəndələri iştirak etdi. Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin Prorektoru, Corciya Dövlət Universitetinin professoru Dileep Mehta açdı və proqram haqqında məlumat verdi. Bildirdi ki, bütün dünya şirkətlərində yüksək vəzifələrə təyin etmək üçün ixtisaslı menecerlərin olmaması ən mühüm problemlərdən biridir. Təkmilləşmiş menecmentin inkişafı proqramı şirkətin ixtisaslı menecerlərin hazırlanmasına olan ehtiyacını təmin etmək üçün ən yaxşı vasitələrdən biridir. AU-nun EMBA proqramı öz sahəsi üzrə peşəkar olan, digər sahələrin adamları ilə əlaqə saxlamaq üçün kifayət qədər məlumatı olan bu cür menecerləri yetişdirir. Proqramın formatı iştirakçılara imkan verir ki, yeni əldə etdikləri vasitələrlə bacarıqlarını gücləndirərək, öyrəndiklərini gecikmədən tətbiq edə və təşkilatları üçün birbaşa fayda yarada bilsinlər.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universitetində “İnteraktiv təlim” mövzusunda treninq keçirildi![]() Təhsildə inqilabi çevrilişlərin əleyhinə olan ulu öndər Heydər Əliyev innovasiyalara keçidin uzunmüddətli, düşünülmüş islahatlar yolunu məsləhət görürdü. Təhsili düzgün istiqamətləndirməklə xalqın fəlakətlərdən qurtaracağını, yalnız bu yolla öz tarixini kainatın yaddaşına yazacağını düşünürdü. Respublika ali təhsil müəssisələri arasında özünün xüsusi yeri olan Azərbaycan Universiteti artıq inkişaf edən məktəb səviyyəsindən inkişaf etdirən məktəb səviyyəsinə uğurla irəliləyir. 21 iyul 2008-ci il Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarına əsasən ali məktəb təhsil müəssisələrində innovasiyaları tətbiq edən “pilot” məktəb elan olunmuşdur.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universitetində görüş![]() Azərbaycan Universitetində görüş Azərbaycan Universiteti 2009-2010-cu tədris ilində “Sosial iş” ixtisası üçün bakalavr pilləsi üzrə tələbə qəbulu elan etməyi planlaşdırır. Artıq bu istiqamətdə ikinci ildir ki, İsveçin “Malmö”, və “Lund” Universitetləri ilə danışıqlar aparılır və sözü gedən proqramın Azərbaycan Universitetində tətbiqi ilə bağlı hazırlıq işləri görülür. Universitet rəhbərliyi “Sosial iş” proqramının effektli tətbiqi üçün Azərbaycandakı daxili imkanları da araşdırır. Bu günlərdə Qərbin müxtəlif ali məktəblərində həmin ixtisası bitirən mütəxəssislərlə görüş keçirildi.... Thursday, 15 October 2009 READMORE |
Azərbaycan Universitetinin rektoru Akif Musayevin Yeni il və Həmrəylik günü münasibəti ilə təbriki![]() Əziz həmvətənlər!Hörmətli müəllimlər və tələbələr!31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq kimi ülvi hissləri təcəssüm etdirən gündür.Eyni zamanda, bu gün illəri bir-birinə bağlayan gündür. Hər il 31 dekabrda artıq tarixə qovuşan ilə bir də nəzər salınır, insanlar özləri özlərinə hesabat verirlər. Ötən ildə Azərbaycan Universitetinin bir sıra ciddi uğurlar qazandığını xatırlatmaq yerinə düşərdi. 2008-ci ildə universitet özünün veb-saytını yaratdı, ilk kataloqunu dərc etdirdi, ilk dəfə xaricə tələbə göndərdi, ABŞ-dakı tərəfdaşı Corciya Dövlət Universiteti ilə Biznes İdarəçiliyi üzrə beynəlxalq bakalavr və magistr proqramlarının tətbiqinə başladı.... Thursday, 15 October 2009 READMORE |
Xaricdə MBA proqramı üzrə təhsil almaq istəyənlərin nəzərinə![]() MBA strategiyası və təqaüdUkraynanın "MBA strategiyası və I" proqramı 2009 - cu il üçün ümumi məbləği 40000 ABŞ dolları olmaqla uğurlu karyera qurmaqla öz liderlik bacarığını sübut etmiş və MDB ölkələrinin birinin vətəndaşı olan iki tələbəyə təqaüd təklif edir. "MBA strategiyası və I" proqramı qərara alıb ki, iki tələbəyə ya onların bir illik təhsil haqqının hamısını ödəsin, ya da onların xərclərinə kömək etsin.... Thursday, 15 October 2009 READMORE |
|
More in: Xəbərlər
|
|
|