Azerbaijan (Azərbaycan)English (United Kingdom)

Azərbaycan Universiteti Respublikada təsis olunan birinci özəl universitetdir. Lakin birinci təsis olmaq hələ təhsildə birinci olmaq demək deyil. Bu həqiqəti yaxşı dərk edir və hər gün yeniləşən, sürətlə inkişaf edən Azərbaycan üçün yeni, dinamik və çevik təhsil müəssisəsi, müasir dünyanın tələbləri ilə səsləşən kadrlar hazırlamaq istəyirik. Hədəfimiz ən yaxın zamanlarda nəinki Azərbaycanın, bütövlükdə Qafqaz bölgəsinin gerçək birincisi olmaqdır.

Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü ,
professor Akif Musayev

 

 

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün40
mod_vvisit_counterDünən78
mod_vvisit_counterBu həftə162
mod_vvisit_counterKeçən Həftə262
mod_vvisit_counterBu ay423
mod_vvisit_counterKeçən ay734
mod_vvisit_counterÜmumi1157

Onlayn: 5
Sizin IP: 38.107.191.114
,
Bu gün: Mart 09, 2010
AU-ya qəbul qaydaları

Bakalavriat

Azərbaycan Universitetinə tələbə qəbulu mərkəzləşdirilmiş şəkildə test üsulu ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir. Qəbul olan abituriyent aşağıda göstərilən sənədləri AU-nun Tələbə Şöbəsinə təqdim etməlidir:

1. Attestatın əsli;

2. 6 ədəd fotoşəkil (3x4 ölçüdə);

3. Sağlamlıq haqqında arayış;

4. Şəxsiyyət vəsiqəsinin surəti;

5. Hərbi çağırış vərəqəsi.

AU-ya qəbul olan abituriyent sənədləri təqdim etdikdən sonra müqavilə əsasında təhsil haqqını ödəyərək TQDK tərəfindən təqdim olunmuş "Qəbul olanların qeydiyyatı" siyahısına imza etməklə qeydiyyatdan keçirlər.

Magistratura

AU-nun magistratura pilləsinə qəbul Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada TQDK tərəfindən mərkəzləşdirilmiş şəkildə test üsulu ilə həyata keçirilir.

Tələbə AU-ya qəbul olduqdan sonra aşağıdakı sənədləri universitetin Tələbə Şöbəsinə təqdim etməlidir:

  • 1. bakalavr təhsilini bitirmək haqqında diplomun əsli (əlavəsi daxil olmaqla);
  • 2. şəxsiyyət vəsiqəsinin surəti;
  • 3. sağlamlıq haqqında tibbi arayış;
  • 4. 3 x 4 ölçüdə fotoşəkil;
  • 5. hərbi qeydiyyat vərəqəsi.

Dissertantura, aspirantura, doktorantura

A U-nun dissertantura, aspirantura, doktorantura şöbəsinə qəbul qaydaları Təhsil Nazirliyinin təsdiq etdiyi plan üzrə universitetdə yaradılmış qəbul komissiyası tərəfindən həyata keçirilir.

Aspiranturaya qəbul olmaq istəyən şəxslər sənədlərini təqdim etdikdən sonra ixtisas fənnindən, fəlsəfədən və müvafiq xarici dildən qəbul imtahanı verirlər. Bütün fənlərdən qəbul imtahanları universitetin tərkibində yaradılmış imtahan komissiyaları tərəfindən keçirilir. Qəbul imtahanlarından sonra müsabiqə keçirilir. İxtisas fənnindən daha yüksək qiymət alan, çap edilmiş elmi əsərləri və ya seçdiyi ixtisas üzrə iş stajı olan şəxslərə müsabiqədə üstünlük verilir. Dissertantura, aspirantura və doktoranturaya qəbul olmaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

  • - Rektorun adına ərizə ;
  • - Magistr diplomunun surəti;
  • - Kadrların şəxsi qeydiyyat vərəqəsi;
  • - Tərcümeyi - hal;
  • - 2 (3x4) fotoşəkil;
  • - Aspiranturaya qəbul olmaq üçün fakültə elmi şurasının zəmanəti;
  • - Aspiranturaya qəbul olmaq üçün referat (elmi rəhbərin rəyi ilə);
  • - Çap olunmuş elmi əsərlərin (elmi katib tərəfindən təsdiq edilmiş) siyahısı;
  • - Əmək kitabçasından çıxarış (işləyənlər üçün);
  • - Doktoranturaya qəbul olmaq üçün namizədlik diplomunun surəti