Azerbaijan (Azərbaycan)English (United Kingdom)

Azərbaycan Universiteti Respublikada təsis olunan birinci özəl universitetdir. Lakin birinci təsis olmaq hələ təhsildə birinci olmaq demək deyil. Bu həqiqəti yaxşı dərk edir və hər gün yeniləşən, sürətlə inkişaf edən Azərbaycan üçün yeni, dinamik və çevik təhsil müəssisəsi, müasir dünyanın tələbləri ilə səsləşən kadrlar hazırlamaq istəyirik. Hədəfimiz ən yaxın zamanlarda nəinki Azərbaycanın, bütövlükdə Qafqaz bölgəsinin gerçək birincisi olmaqdır.

Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü ,
professor Akif Musayev

 

 

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün9
mod_vvisit_counterDünən54
mod_vvisit_counterBu həftə186
mod_vvisit_counterKeçən Həftə305
mod_vvisit_counterBu ay491
mod_vvisit_counterKeçən ay734
mod_vvisit_counterÜmumi1225

Onlayn: 5
Sizin IP: 38.107.191.114
,
Bu gün: Mart 11, 2010
Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrlə göndərilməsi

AU-nun Qafqaz Universiteti (Gürcüstan) və Gorgiya Dövlət Universitetinin nəzdindəki Mark Robinson Biznes Kolleci (ABŞ) ilə birgə həyata keçirdiyi BBA və MBA proqramlarında təhsil almaq istəyən xarici tələbələr üçün qaydalar proqramda ayrıca təsvir edilib (bax: "Beynəlxalq proqramlar" bölümü)

•1. Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xaricə göndərilməsi qaydaları

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə təhsil almağa göndərilməsi aşağidakı əsaslarla həyata keçirilir :

Hökümətlərarası müqavilələr və Azərbaycan Respublikasının xarici ölkələrə mədəni və elmi əməkdaşlıq planları əsasında;

Xarici ölkələrin tədris müəssisələrinin, qeyri- hökümət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüdlər hesabına;

Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici ölkələrin təhsil qurumları, təhsil müəssisələri və ictimai təskilatları ilə bağladığı müqavilələr əsasında;

Azərbaycan Universitetinin xarici ölkələrin təhsil qurumları, təhsil müəssisələri və ictimai təşkilatları ilə baqladığı müqavilələr əsasında.

Azərbaycan Universitetinə göndərilən vətəndaş və onun təhsil almaq üçün seçdiyi ali məktəb və ixtisas haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinə məlumat verməli və bu məlumatlar nazirlikdə qeydiyyata alınmalıdır.

Azərbaycan Respublikası vətəndaşları ölkədən kənarda ümumi orta təhsil, texniki-peşə təhsili, bakalavr, magistr və digər pillələrdə həmçinin doktoranturada təhsil ala bilər.

•2. Xarici ölkə vətəndaşlarının Azərbaycan Universitetində təhsil

alması qaydaları :

  • Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxlər Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil ala bilərlər.
  • Azərbaycan Universitetində əcnəbi tələbələrin təhsili Azərbaycan, rus və ingilis dillərində aparılır.

2.1. Azərbaycan Universitetinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

  • - Azərbaycan Respublikası və xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökumətlər və idarələrarası sazişlər əsasında
  • - təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında
  • - qeyri- hökümət və xeyriyyə cəmiyyətlərinin, fondların təsis etdiyi təqaüdlər əsasında
  • - təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, digər müəssisələri vətəndaşları və s. bağladıqları müqavilələr əsasında

•2.2 Azərbaycan Universitetinə əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilin bütün növləri üçün təhsil haqqı universitetin təklifi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və təsdiq edilir.

•2.3 Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlıği olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdir. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil ödənişlidir.

•2.4 Azərbaycan Respublikasının ümumitəhsil məktəblərini bitirmiş və müvafiq təhsil sənədi almış Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilər üçün Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutlmayıbsa, təhsil ödənişlidir.

•2.5 Əcnəbilər və vətəndaşlığı olmayan şəxələr Azərbaycan Universitetində hazırlıq kurslarını bitirib təhsil haqqında müvafıq dövlət sənədi aldıqdan sonra qəbul edilirlər.

•2.6 Hazırlıq müvafiq hazırlıq kursları vasitəsi ilə həyata keçirilir. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafıq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanlar verirlər. Buraxılış imtahanlarını müvəffəqiyətlə vermiş dinləyicilərə təhsil haqqında vahid formada dövlət sənədi təqdim edilir.

•2.7 Ödənişli əsaslarla təhsil almaq hüququ qazanmış əcnəbi tələbələr təhsil müəssisəsi ilə bu Əsasnamənin əlavəsinə uyğun olaraq müqavilə bağlayırlar.

•2.8 Əcnəbilər üçün ümumtəhsil proqramları Azərbaycan məktəbləri üçün müəyyən edilmiş yaş məhdudiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyin etdiyi ümumtəhsil məktəblərində həyata keçirilir.

•2.9 Azərbaycan Universitetində ikinci (magistr) pilləyə mövcud qaydaların tələblərini gözlənilməklə təhsil səviyyəsi ali təhsil bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər.

•2.10 Aspiranturaya qəbul mövcud qaydalara əsasən ali təhsil və elmi - tədqiqat müəssisələrində həyata keçirilir.

•2.11 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mövcud qaydalara əsasən Azərbaycan Respublikasının təhsil və elmi- tədqiqat müəssisələrində stajkeçmə, ixtisasartırma və yenidən hazırlanma kurslarını keçirlər.

•2.12 AU-ya təhsil almağa gələn əcnəbilər aşağdakı sənədləri təqdim etməlidirlər:

  • - təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • - keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqqında sənədin notarius tərəfindən təsdiq olunmuş surəti;
  • - sağlamlıq və QİÇS haqqında arayışlar;
  • - milli passportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə;
  • - tərcümeyi-hal;
  • - 4x3 ölçüdə 8 ədəd fotoşəkil.

•3. Azərbaycan Universitetində təhsil alan əcnəbilərin əsas hüquq və vəzifələri

Azərbaycan Universitetində təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliy ilə tənzimlənır.

Azərbaycan Universitetində təhsil alan əcnəbi tələbələr :

  • - universitetin kitabxanasından, oxu zalından, laboratoriya və təcrübə bazasından istifadə edə bilərlər;
  • - kafedralarda elmi- tədqiqat işində, tələbələrin elmi, ictimai və mədəni tədbirlərində, tələbə özünüidarəetmə orqanlarının işində iştirak edə bilərlər;
  • - tədris müəssisəsinin tibb məntəqəsindən pulsus istifadə edə bilərlər, tələbə yataqxanasında yaşaya bilərlər.

Əcnəbi tələbəyə semestr vaxtı ölkəni tərk etmək üçün icazə, üzürlü səbəb olduqda universitet rəhbərinin vasitəsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əcnəbi tələbələrin ölkə ərazisində dini təbliğat və siyasi fəaliyyətlə məşqul olması qadağandır.

Əcnəbilər tələbə hüququnu qazandıqdan sonra onlar üçün iş tərtib olunur və təhsil aldığı müddətdə o həmin təhsil müəssisəsində saxlanılır. Əcnəbi tələbəyə şəxsi işlərinin tərtibi və saxlanılması üçün AU tərəfindən məsul şəxs təyin edilir. Tələbələrin şəxsi işləri vətənlərinə döndükdən iki il sonra arxivə verilir.

Universitetin əcnəbi tələbələrinin təhsil və digər problemləri ilə bağlı xarici ölkələrin Azərbaycan Respublikasında akreditə olunmuş diplomatik nümayəndəlikləri ilə əlaqələrini Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsiilə, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə bilavasitə Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

•4. Azərbaycan Universitetində əcnəbi tələbələrin təhsili ilə əlaqədar iş aparan bölmələrin əsas fəaliyyət istiqamətlərı

Əcnəbi tələbələrin təhsili sahəsində dekanlığın vəzifələri aşağıdakılarından ibarətdır:

Ali məktəbin müvafiq bölmələri ilə birlikdə əcnəbi tələbələrin təhsili və təcrübəsinin təşkili;

Təhsil almağa gələn əcnəbi tələbələrin qəbulu, yataqxanada yerləşdirilməsi, əcnəbilər üçün nəzərdə tutulmuş bütün qanunların və normativ aktların yerində icrasının təşkili və həmin qaydalara riayət olunması işinin tənzimlənməsi;

Əcnəbi tələbələrin ali məktəbə qəbulu, kursdan kursa keçirilməsi, ali məktəbi bitirməsi və xaric edilməsi barədə əmrlərin layihəsinin hazırlanması, imtahan vərəqələrinin və göndərişlərin verilməi;

Əcnəbi tələbələr üçün hazırlıq şöbəsinə rəhbərlik;

Əcnəbi magistr və aspirantların səmərəli elmi işinin və onların dissertasiya müdafiəsinin mövcud təlimatlara uyğun təşkili;

Əcnəbi tələbələrin, magistrlərin və aspirantların təhsili və təcrübəsi ilə məşğul olan professor-müəllim heyətinin seçilməsi, onların fəaliyyəti ilə bağlı işlərin təşkili üzrə təkliflər hazırlanması və yerinə yetirilməsinin təmini;

Əcnəbi tələbələrlə mədəni-kütləvi işlərin beynəlxalq və milli tədbirlərin təşkili;

Əcnəbi tələbələrə tibbi xidmət göstərilməsi və onların tibbi qeydiyyatdan keçirilməsi işinin tənzimlənməsi;

Ali məktəbin məzunları ilə əlaqə saxlamaq;

Dərs intizamını və yaşayış qaydalarını pozmuş əcnəbi tələbələr barədə müvafiq tədbirlərin görülməsi, həmçinin onların təkrar kurslarda qalması, yaxud ali məktəbdən xaric olunması haqqında rəhbərliyə təqdimatların verilməsi;

Əcnəbi tələbələrin bilik keyfiyyətinin yüksəldilməsi, metodik və maddi-texniki bazanın, məişət şəraitinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması və vəsatət qaldırılması;

Əcnəbi tələbələrlə əlaqədar təsdiq olunmuş formada məlumatlar və hesabatların təhsilin mərkəi idarəetmə orqanına təqdim edilməsi

Ali məktəblərin əcnəbi tələbələrin təhsili ilə əlaqədar iş aparan bölmələrinin ştat cədvəli Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 03 iyun 1994-cü il tarixdə təsdiq edilmiş "Ali, orta ixtisas və peşə təhsili məktəblərində təhsil alan əcnəbi tələbələrlə iş üzrə qurumlar haqqında Əsasnamə"yə əlavəyə uyğun olaraq müəyyənləşdirilir.

* Əsas: Təhsil sisteminin Beynəlxalq Əlaqələri ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin hüquqi-normativ sənədlər toplusu, Bakı, 2002.