|
Azərbaycan Universitetində bədən tərbiyəsi fənni tədris edilir. Bundan başqa fakültətiv əsasda bir neçə seksiya da fəaliyyət gostərir: cüdo-41 nəfər, şahmat-25 nəfər, dama-27 nəfər , otüstü hokkey (bütün qruplar üzrə), futbol (bütün qruplar üzrə) və s. Eyni zamanda, Universitet tələbələri idmanın 11 növü üzrə fərdi qaydada idman cəmiyyətlərində məşğul olurlar. «Zenit» idman cəmiyyətinin zalları, «Otustü hokkey Federasiyanın» meydançaları müqavilə əsasında tələbələrin ixtiyarına verilib.
Universitetin üzgüçülük üzrə yığma komandası 1998-ci ilin komanda hesabında Universiadanın qalibi, cüdo üzrə komanda isə 1999, 2001, 2004-cü illərdə Universiadanın mükafatçısı olub. |
|
- Cabbarov Üzeyir Yunus oğlu. 2007-ci il Tələbələr arasında Respublika Çempionatınnın mükafatçısıdır.
- Məmmədov Elçin İnqilab oğlu. 2007-ci il Tələbələr arasında Respublika Çempionatınnın mükafatçısıdır.
- Qasımov Rza Ağəli oğlu. 2007-ci il Tələbələr arasında Respublika Çempionatınnın mükafatçısıdır.
- İbrahimli Toğrul Hüseyn oğlu. 2007-ci ilin 8-9 dekabrında keçirilən Azərbaycan çempionatında karatenin Sinda-ryu üzrə 55 kg çəkidə ikinci yer, Pençak-silat üzrə 3-cü yer tutub.
- Makarov Valeriy Qriqoryeviç. Futbol üzrə idman ustalığına namizəd, "Neftiqaz" klubunun heyətində müxtəlif yarışlarının qalibi olub. Hal-hazırda Universitet yığma komandasının üzvüdür.
- Məmmədov Qeys Zülfüqar oğlu. Futbol üzrə idman ustalığına namizəd, Şəfa, Neftçi və MOİK futbol klubların heyətində müxtəlif yarışlarının qalibi olub. Hal-hazırda Universitet yığma komandasının üzvüdür.
- Xuşmətov Ruslan Rasim oğlu. Boks üzrə müxtəlif yarışlarının qalibi olub. 2007-ci il oktyabrın 22-sində AHİTA Respublika Çempionatında 3-cü yer tutub.
- Quliyev Seyfi Akif oğlu. Karate-Do idman növü üzrə 1-ci dan qara kəmər. Bir cox yarışlarda iştirak edib, həmçinin 2006-cı ildə Prezident kuboku və 2007-ci Respublika Çempionatınnın mükafatçısıdır.
|
|
|
|
|
|