Azerbaijan (Azərbaycan)English (United Kingdom)

Azərbaycan Universiteti Respublikada təsis olunan birinci özəl universitetdir. Lakin birinci təsis olmaq hələ təhsildə birinci olmaq demək deyil. Bu həqiqəti yaxşı dərk edir və hər gün yeniləşən, sürətlə inkişaf edən Azərbaycan üçün yeni, dinamik və çevik təhsil müəssisəsi, müasir dünyanın tələbləri ilə səsləşən kadrlar hazırlamaq istəyirik. Hədəfimiz ən yaxın zamanlarda nəinki Azərbaycanın, bütövlükdə Qafqaz bölgəsinin gerçək birincisi olmaqdır.

Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü ,
professor Akif Musayev

 

 

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün9
mod_vvisit_counterDünən54
mod_vvisit_counterBu həftə186
mod_vvisit_counterKeçən Həftə305
mod_vvisit_counterBu ay491
mod_vvisit_counterKeçən ay734
mod_vvisit_counterÜmumi1225

Onlayn: 5
Sizin IP: 38.107.191.114
,
Bu gün: Mart 11, 2010
Tələbə və Tələbə təşkilatları

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) 2006-cı il 6 dekabr tarixindən fəaliyyət göstərir. Təşkilat sədr və iki müavin olmaqla iyirmi bir nəfərdən ibarətdir. Təşkilatın məqsədi Universitetdə tələbələrin problemləri ilə yaxından tanış olmaq və bu problemlərlə bağlı Universitet rəhbərliyi ilə müzakirələr aparmaq, elmi-bədii tədbirlər keçirmək, tələbələrin konfranslarda iştirakını və onların asudə vaxtlarının səmərəli keçməsi üçün əyləncələr təşkil etməkdir.

Azərbaycanlı Tələbələrin İnkişafı Assosiasiyası (ATİA) 25 mart 2007 - ci ildə Azərbaycan Universitetinin Humanitar Fənnlər fakultəsinin tələbələri Rüstəm Rəhimli, Elşən Oruclu və Hüquq fakultəsinin tələbəsi Orxan Xasiyev tərəfindən təsis edilmişdir.
Assosiasiyanın əsas məqsədi Azərbaycan Universitetində təhsil alan tələbələrin ictimai aktivliyinin artırılmasında onlara yaxından kömək etmək və bu məqsədlə tələbələr və Azərbaycanda fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlar (QHT) arasında körpü rolunu oynamaqdır.
Təşkilatın prinsipial məqsədlərinə eyni zamanda Azərbaycan Universitetində təhsil alan tələbələrin xarici ölkələrdə keçirilən bu və ya digər tədbirlərdə iştirakını təmin etməkdir. ATİA haqqında ətraflı məlumatı www.atia_au.sitemynet.com/aasd/http://www.aasd-au.blogspot.com/ elektron ünvanlarından əldə edə bilərsiniz.