|
Marketinq İxtisası üzrə Dəyirmi Masa (DM)
İxtisas üzrə Dəyirmi Masalar Universitetdə həmin ixtisasın inkişafına, ictimai əlaqələrin güclənməsinə, ortaya çıxan problemlərin səriştəli mütəxəssislər tərəfindən kollektv şəkildə həllinə yardım göstərmək məqsədiylə yaradılır.
AU-da 2008-ci ildə yaradılmış Marketinq üzrə DM ölkə daxilində marketinq üçün böyük məsuliyyətlərə malik olan vəzifəli şəxslərin qrupudur.
AU Marketinq DM-nin 5 əsas vəzifəsi var:
- 1. Dəyirmi Masa üzvlərinin peşəkar formada işləməsini stimullaşdırmaq və artırmaq.
- 2. Yuxarı səviyyəli marketinq mütəxəssislərinin şəbəkəsini yaratmaq və inkişaf etdirmək.
- 3. Universitet və Marketinq cəmiyyəti arasında daha yaxın münasibətlər yaratmaq.
- 4. Müxtəlif yollarla üzvləri və onların şirkətlərini müdafiə etmək üçün AU-da mövcud olan resurslardan istifadə etmək.
- 5. Birinci dərəcəli Marketinq ixtisası olmaq üçün fakultəyə kömək etmək məqsədilə resurslar yaratmaq.
Marketinq Dəyirmi Masası anlayışı
AU Marketinq DM Azərbaycanın əsas şirkətlərində çalışan 25-30 yüksək vəzifəli şəxslərdən ibarətdir. Üzvlük yalnız dəvətnamə ilə mümkündür. DM-nin əsas məqsədi üzvlərin peşəkar formada daha da təkmilləşməsinə kömək etməkdir.
Fəaliyyət müddətində DM üzvləri digər aparıcı Azərbaycan şirkətlərində olan həmkarları ilə əlaqələri inkişaf etdirəcəklər. AU-nun Marketinq ixtisası ilə üzvlər arasında olan əlaqə hər iki qrupun daha da təkmilləşməsinə və inkişafına səbəb olur. Marketinq ixtisası DM üzvlərinin daha fəal marketinq tədqiqatçıları olmasına kömək edir.
Təchiz olunmuş resurslar həmçinin Marketinq ixtisasının tədqiqat məhsuldarlığını artırır.
DM üzvləri ildə 8 dəfə görüşür və üzvlərdən öz şirkətlərindən qonaqlar dəvət edərkən diskussiya qaydalarına riayət etmələri xahiş olunur. Görüşlərdən bəziləri digər mövzulara nisbətən daha dar çərçivədə əhatə olunur və buna görə də şirkətin xüsusi üzvləri üçün maraq doğurur. Əgər üzvlərin özləri şəxsən iştirak edə bilməsələr istənilən halda onların əvəz edilməsinə icazə verilmir.
Üzvlərdən DM ətrafında fikirlərini bölüşdürmək gözlənilir. Mümkün olduğu qədər fərdi üzvlərlə səmimi olmaq üçün yalnız hər sənayenin bir şirkəti bu DM-yə cəlb edilir.
Keçirilən hər bir müzakirəni mümkün olduğu qədər yüksək səviyyədə təchiz etmək məqsədilə DM-yə əsas biznes məktəbləri və əsas şirkətlərdən olan nümayəndələr dəvət olunur. DM-in üzvləri hər iclas üçün mövzuları müəyyənləşdirir.
Görüşlər üzvlərin qrafiklərinə uyğun olaraq 19:30-dan 21:30 kimi keçirilir.
Dəyirmi Masanın əhəmiyyəti
Üzvlər üçün əhəmiyyət onların özlərinin şəxsən peşəkar səviyyədə inkişaf etmələridir. İnkişaf müxtəlif yollarla baş verir, amma əsas hərəkətverici qüvvə DM-in ətrafında toplanmaq üçün gətirilmiş ekspertlər və həmsöhbətlər ilə qarşılıqlı əlaqədir.
Üzvlərin hər birinin maraqlarını öyrənən kimi ixtisas DM-sı göndərmək üçün məqalələri müəyyənləşdirir. Fakultə üzvləri böyük həvəslə bu məqalələri oxuyurlar və DM ilə birbaşa əlaqələri olmayan üzvlərə təqdim edirlər.
Digər bir əhəmiyyət isə şəxsi sahə ilə bağlıdır. Əgər üzvlər bu il və ya əvvəlki illərdə məzun olmuş tələbələri ilə götürmək ehtiyacını hiss edərsə, fakultə onlara tanınmış namizədləri müəyyənlişdirməkdə və düzgün seçim etməkdə kömək edirik. Əgər onların təcrübəçi kimi və ya yarım ştat işləyən tələbələrə tələbatları olarsa, fakultə onlara yaxşı namizədləri tövsiyə edir. |