Azerbaijan (Azərbaycan)English (United Kingdom)

Azərbaycan Universiteti Respublikada təsis olunan birinci özəl universitetdir. Lakin birinci təsis olmaq hələ təhsildə birinci olmaq demək deyil. Bu həqiqəti yaxşı dərk edir və hər gün yeniləşən, sürətlə inkişaf edən Azərbaycan üçün yeni, dinamik və çevik təhsil müəssisəsi, müasir dünyanın tələbləri ilə səsləşən kadrlar hazırlamaq istəyirik. Hədəfimiz ən yaxın zamanlarda nəinki Azərbaycanın, bütövlükdə Qafqaz bölgəsinin gerçək birincisi olmaqdır.

Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü ,
professor Akif Musayev

 

 

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün9
mod_vvisit_counterDünən54
mod_vvisit_counterBu həftə186
mod_vvisit_counterKeçən Həftə305
mod_vvisit_counterBu ay491
mod_vvisit_counterKeçən ay734
mod_vvisit_counterÜmumi1225

Onlayn: 5
Sizin IP: 38.107.191.114
,
Bu gün: Mart 11, 2010
Azərbaycan Universitetinin (AU) strateji inkişaf planı

Azərbaycan Universiteti haqqında - Azərbaycan Universiteti 1991-ci ildə təsis olunan ilk özəl ali məktəbdir. AU 4 istiqamət (ümumi iqtisadiyyat; hüquq; beynəlxalq münasibətlər və pedaqogika) və 11 ixtisas üzrə (vergi və vergitutma; maliyyə və kredit; iqtisadi kibernetka; iqtisadiyyatın hüquqi tənzimlənməsi; gömrük işinin təşkili; hüquqşünaslıq; beynəlxalq hüquq; beynəlxalq münasibətlər; Azərbaycan tarixi; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili-pedaqogika) kadr hazirlayır. Universitetin bütün strukturları, auditoriyaları kompüter və sürətli internet xətti ilə təmin olunub. Universitetdə 120 müəllim çalışır, 900 civarında tələbə təhsil alır. Bu isə altı tələbə - bir müəllim deməkdir. 2008-2009 tədris ilindən başlayaraq AU aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı planlaşdırır: biznes idarəçiliyi; sosial iş; hüquqşünaslıq; beynəlxalq hüquq; beynəlxalq münasibətlər; beynəlxalq jurnalistika; Azərbaycan tarixi; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili-pedaqogika; əczaçılıq; stomatalogiya. Üçpilləli (bakalavriat, magistratura, Ph.D) təhsili tam əhatə edən 8 illik strateji inkişaf planı AU elmi şurasının 29. 03. 2008-ci il tarixli toplantısında (8 saylı protokol) qəbul edilmişdir.

İnkişaf strategiyasının məqsədi - Azərbaycanda və dünyada baş verən sürətli dəyişmələrin önündə getməyə qabil kadrların hazırlanması, beynəlxalq təhsil məkanına inteqrasiya, Universitetin təkcə ölkədə deyil, regionda və dünyada rəqabət qabiliyyətli ali təhsil müəssisəsinə çevrilməsi.

İnkişaf strategiyasının sloqanı - Təsisdə Birinci, Təhsildə Lider! Ağlın və qəlbin qovuşduğu məkan!

İnkişaf strategiyası üçün normativ hüquqi baza - Təhsil Haqqında Azərbaycan Respublikası Qanunu, təhsil ixtisasları üzrə yeni təsnifat, 2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı, Azərbaycanın 2005-ci ildə imza atdığı Bolonya bəyannaməsi, AU-nun dünyadakı nüfüzlu ali təhsil müəssisələri ilə bağladığı müqavilələr.

AU-nun rəqabət qabiliyyətliliyini təmin edən əsas amillər - Universitetin Respublikada ilk özəl ali təhsil müəssisəsi olması, pozitiv reputasiya qazanması, kadr hazırlığı sahəsindəki uğurlar, beynəlxalq aləmdə tanınmış universitetlərlə həyata keçirdiyi və yaxın perspektiv üçün planladığı layihələr, yaxın perspektivdə yeni kampusun və təhsil infrastrukturunun gerçəkliyə çevriləcəyi ilə bağlı ictimai gözləntilər, Universitetin müasir və peşəkar müəllimlərlə təminatı istiqamətində görülən işlər, müasir universitet tələblərinə və Bolonya bəyannaməsinin müddəalarına uyğun islahatların həyata keçirilməsi

İnkişaf strategiyasının üstün istiqamətləri:

  • 1. AU-nun idarəçilik strukturunun təkmilləşdirilməsi (cədvəl-1).
  • 2. Şəffaf, dürüst və səmərəli təhsil.
  • 3. Bolonya bəyannamsinin müddəalarının həyata keçirilməsi.
  • 4. Dünya standartlarina uyğun ixtisasların, nüfüzlu təhsil proqramlarının tətbiqi və rəqabət qabiliyyətli kadrların hazırlanması.
  • 5. Təhsildə ardıcıllığın və davamlılığın gözlənilməsi: bağça, gimnaziya, bakalavriat, magistratura, PhD.
  • 6. Bütün qruplar üzrə hazırlıq kurslarının təşkili.
  • 7. İkinci ixtisas və peşə hazırlığı.
  • 8. Yeddi istiqamət üzrə ixtisaslaşma: hüquq, pedaqoji, iqtisadiyyat, təbabət, sosial iş, beynalxalq münasibətlər və beynəlxalq jurnalistika.
  • 9. 2008-2009-cu tədris ilindən AU-nun hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər və tarix ixtisaslarının yenidən bərpası (AU-nun hüquq və beynəlxalq münasibətlər sahəsində hazırladığı kadrlar Respublikada pozitiv reputasiyaya malikdir).
  • 10. Biznes İdarəçiliyi üzrə AU-nun tərəfdaşları olan Qafqaz Biznes Universiteti (CU-Gürcüstan), Corciya Dövlət Universiteti ilə (CSU-ABŞ), Sosial İş ixtisası üzrə Malmö və Lund universitetləri ilə (İsveç Krallığı), Əczaçılıq və Stomatalogiya ixtisasları üzrə Yaxın Doğu Universiteti ilə (YDU-Şimali Kipr), Beynəlxalq Münasibətlər və Beynəlxalq Jurnalistika ixtisasları üzrə KİMEP-lə (Qazağıstan) əməkdaşlıq.
  • 11. Adı çəkilən universitetlərlə dual proqramlar, tələbə, müəllim, təcrübə mübadilələri, birgə layihələr həyata keçirmək, müştərək beynəlxalq konfranslar, seminarlar, yay məktəbləri təşkil etmək.
  • 12. AU üçün kampusun, yeni təhsil infrastrukturunun tikilib istifadəyə verilməsi.
  • 13. AU "board"-nın və ixtisaslar üzrə "dəyirmi masalar"-ın formalaşdırılması
  • 14. AU-nun ilkin mərhələdə elektron biblioqrafiyalı, sonrakı mərhələdə isə elektron kitabxanasının, veb-saytının yaradılması
  • 15. AU-nun nəşriyyat və lokal mətbəəsinin yaradilması
  • 16. "İpək Yolu" dərgisinin dövriliyinin təmin olunması və yeni ixtisas jurnalının nəşri
  • 17. AU kataloqunun hazırlanması
  • 18. 2015-ci ilə qədər 5000 min tələbə

İnkişaf strategiyasının planı

Görüləcək işlər

Müddət

İcraçı

Qeyd

I. Maddi texniki baza və infrastruktur

1.1

Azərbaycan Universiteti üçün torpaq sahəsi məsələsinin həlli

2008-ci il

AU-nun təsisçisi və rektoru

BOARD-ın dəstəyi ilə

1.2

AU üçün elektron bibloqrafiyalı kitabxanın yaradılması

2008-ci il

AU-nun rektoru və elm işləri üzrə prorektoru

Mədəniyyət və turizm nazirliyinin köməyi ilə

1.3

AU-nun nəşriyyat və lokal mətbəəsinin yaradilmasi

2008-ci il

AU-nun rektoru, elm işləri və ümumi işlər üzrə prorektorları

1.4

AU-nun veb-saytının yaradılması

2008-ci il

AU-nun rektoru, elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi

1.5

AU-nın gerbinin, bayrağının, loqosunun, himninin, reklam strategiyasının hazırlanması

2008-ci il

AU-nun rektoru, elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi

1.6

AU üçün kampusun tikilib istifadəyə verilməsi

2009-2010-cu illər

AU-nun təsisçisi və rektoru

BOARD-ın dəstəyi ilə

1.7

AU-nun elektron kitabxanasının yaradılması

2010-cu il

AU-nun rektoru və elm işləri üzrə prorektoru

Mədəniyyət və turizm nazirliyinin köməyi ilə

II. Tədris-metodiki təminat

2.1

AU ixtisaslarının beynəlxalq standartlara cavab verən kurrikulumlarını (tədris planlarını) hazırlamaq və davamlı olaraq təkmilləşdirmək

mütamadi

Tədris işləri üzrə prorektor, İslahatlar Mərkəzi

Dünyadakı tərəfdaş universitetlərin dəstəyi ilə

2.2

AU-da yeni fənn proqramlarının (sillabüslərin) hazırlanması

mütamadi

Tədris işləri üzrə prorektor, İslahatlar Mərkəzi

Dünyadakı tərəfdaş universitetlərin dəstəyi ilə

2.3

Müasir fənn dərsliklərinin hazırlanması, tərcüməsi və çapı

mütamadi

AU-nun rektoru və elm işləri üzrə prorektoru

BOARD-ın dəstəyi ilə

2.4

Tərəfdaş universitetlərlə metodiki sahədə əməkdaşlıq etmək, təcrübə mübadilələri aparmaq, müştərək beynəlxalq konfranslar, treyninqlər-seminarlar, yay məktəbləri təşkil etmək, birgə layihələr həyata keçirmək

mütamadi

AU-nun rektoru və elm işləri üzrə prorektoru

BOARD-ın dəstəyi ilə

2.5

İnteraktiv dərslər üçün zəruri texniki və metodiki vasitələrlə AU-nun təmin olunması

mütamadi

AU-nun rektoru, elm və ümumi işlər üzrə prorektorları, İslahatlar Mərkəzi

2.6

Tərəfdaş universitetlərlə birgə tətbiqi planlaşdırılan BBA və MBA proqramlarının hazırlanması və Təhsil Nazirliyində təsdiqi

2008-ci il

AU-nun rektoru və elm işləri üzrə prorektoru

Təhsil Nazirliyinin köməyi ilə

2.7

Kredit sisteminin tətbiqi ilə bağlı sənədləşdirmə işlərinin (kredit vərəqəsi, transkript, qiymətləndirmə və imtahanların keçirilməsi qaydaları, yeni sıllabüs nümunələri, tələbələr üçün məlumat-bilgi kitabçası) başa çatdırılması, ən son nümunələrin hazırlanması

2008-ci il

AU-nun rektoru, elm işləri üzrə prorektoru və İslahatlar Mərkəzi

Təhsil Nazirliyinin və tərəfdaş universitetlərin köməyi ilə

2.8

Tələbə transferinə, diplomun anlaşılmasina mane olan maneələrin ortadan qaldırılması, diploma əlavə üçün müəyyənləşmiş standart tələblərin gözlənilməsi

2008-ci il

AU-nun rektoru, elm işləri üzrə prorektoru və İslahatlar Mərkəzi

Təhsil Nazirliyinin köməyi ilə

2.9

Təhsil haqqının kreditin sayına müvafiq müəyyənləşdirilməsi və tətbiqi

2008-ci il

AU-nun rektoru və baş mühasibi

2.10

Hər bir ixtisas üzrə beş nəfərdən ibarət dəyirmi masanın (Round table) formalaşdırılması

2008-ci il

AU-nun rektoru, ixtisas dekanları və kafedraları

BOARD-ın dəstəyi ilə

III. Müəllim hazırlığı

3.1

İqtisadiyyat üzrə tədrisdə kadra ehtiyac hiss olunan zəruri və müasir fənləri, bu fənləri tədris edəcək potensial kadrları müəyyənləşdirmək

2008-ci il

AU-nun rektoru və iqtisadiyyat dekanlığı, kafedraları

3.2

Həmin fənlər üzrə universitet və respublika daxili vəziyyəti araşdırmaq, kadr tələbatını daxili resursların hesabına ödəmək

2008-ci il

AU-nun rektoru və iqyisadiyyat dekanlığı, kafedraları

3.3

Hər bir mütəxəssisin 3-4 fəndən ixtisaslaşması şərti ilə CU ilə müqavilə bağlamaq və AU kadrlarını CU-ya ixtisasartırmaya ezam etmək

2008-ci il

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

CU ilə

3.4

Sosial İş ixtisası üzrə Malmö və Lund universitetləri ilə, Beynəlxalq Münasibətlər və Beynəlxalq Jurnalistika ixtisası üzrə KİMEP-lə, Stomatologiya və Əczaçılıq ixtisasları üzrə YDU ilə əməkdaşlıq və kadrların yenidən hazırlanması üçün müqavilə bağlamaq

2008-2015-ci illər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

CU, YDU, KİMEP Malmö, Lund universitetləri ilə

3.5

Ildə 2 nəfəri Ph. D təhsili almaq üçün Corciya Dövlət Universitetinə və KİMEP-ə göndərmək

2008-2015-ci illlər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

BOARD-ın dəstəyi ilə

IV Kadr hazırlığı, tələbə mübadiləsi və beynəlxalq proqramlar

4.1

AU-nun 7 istiqmət üzrə (biznes idarəçiliyi; sosial iş; hüquq; əczaçılıq və stomatalogiya; beynəlxalq münasibətlər; beynəlxalq jurnalistika və pedaqoji) ixtisaslaşmasını təmin etmək

2008-2015-ci illlər

AU-nun rektoru, elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi

BOARD-ın dəstəyi ilə

4.2

AU-da müasir tədris proqramlarını, interaktiv tədris texnologiyalarını tətbiq etmək

2008-2015-ci illlər

AU-nun rektoru, elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi

BOARD-ın dəstəyi ilə

4.3

BBA və MBA üçün, CU-nun və ABŞ-ın Corciya Dövlət Universitetinin təklif etdiyi ikili və üçlü diplom proqramını tətbiq etmək. Mövcud layihənin gerçəkləşməsini və səmərəliliyini təmin etmək üçün ABŞ-dan müqavilə əsasında bir mütəxəssisin dəvət olunması

2008-2015-ci illlər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

CU və GDU ilə birlikdə

4.4

Beynəlxalq Münasibətlər və Jurnalistika ixtisasları üzrə KİMEP-lə ikili diplom proqramının həyata keçirilməsi

2009-2015-ci illlər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

KİMEP-lə

4.5

Əczaçılıq və Stomatalogiya ixtisasları üzrə YDU ilə əməkdaşlıq və ikili diplom proqramının həyata keçirilməsi

2010-2015-ci illlər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

YDU ilə

4.6

Sosial İş ixtisası üzrə İsveçin Malmö və Lund universitetləri ilə əməkdaşlıq, ikili diplom proqramının həyata keçirilməsi

2010-2015-ci illlər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

Malmö və Lund universitetləri ilə

4.7

Tam, yəni ikitərəfli tələbə mübadiləsi proqramına başlamaq, tərəfdaş universitetlərə tələbə verməklə yanaşı tələbə qəbul etmək

2010-2015-ci illər

AU-nun rektoru və beynəlxalq əlaqələr şöbəsi

CU, YDU, KİMEP Malmö, Lund universitetləri ilə

4.8

Tərəfdaş universitetlərlə müştərək PhD proqramları həyata keçirmək

2010-2015-ci illər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

CU, YDU, KİMEP Malmö, Lund universitetləri ilə

4.9

AU-da tədrisin təşkilini Avropa Kredit Transferi Sisteminin (AKTS) tələblərinə uyğunlaşdırmaq

2009-cu il

AU-nun rektoru, elm işləri üzrə prorektoru və İslahatlar Mərkəzi

Təhsil Nazirliyinin dəstəyi ilə

4.10

Tələbələrin biliyini qiymətləndirilmə sistemini Avropa Kredit Transferi Sistemi (AKTS) tələblərinə uyğunlaşdırmaq

2009-cu il

AU-nun rektoru, elm işləri üzrə prorektoru və İslahatlar Mərkəzi

Təhsil Nazirliyinin dəstəyi ilə

4.11

Ali təhsil haqqında sənədlərin qarşılıqlı tanınması mexanizmini təkmilləşdirmək (Bolonya Bəyannaməsinin prinsiplərinə uyğun diploma əlavənin yeni formasının yaradılması)

2009-cu il

AU-nun rektoru, elm işləri üzrə prorektoru və İslahatlar Mərkəzi

Təhsil Nazirliyinin dəstəyi ilə

V. Elmi və innovasiya fəaliyyəti

5.1

"İpək Yolu" dərgisinin dövriliyinin təmin olunması və yeni ixtisas jurnalının nəşri

2008-ci il

AU-nun rektoru və elm işləri üzrə prorektoru

5.2

Dünyanın nüfuzlu jurnallarında elmi məqalələrin dərcinə nail olmaq

2008-2015

AU-nun rektoru və elm işləri üzrə prorektoru

5.3

AU əməkdaşlarının nüfuzlu beynəlxalq elmi konfranslarda iştirakını təmin etmək, Universitetdə mütamadi elmi konfranslar və seminarlar keçirmək

mütamadi

AU-nun rektoru və elm işləri üzrə prorektoru, kafedralar

BOARD-ın dəstəyi ilə

5.4

AU-da aparılan elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsinə, məzmununun müasirləşdirilməsinə və praktiki faydalılığının təmin edilməsinə nail olmaq

2008-2015

AU-nun rektoru və elm işləri üzrə prorektoru, kafedralar

5.5

Dünyadakı elmi yeniliklərin tədrisdə istifadəsi məsələsində çevikliyi təmin etmək

2008-2015

AU-nun rektoru və elm işləri üzrə prorektoru, kafedralar

5.6

AU kataloqunu hazırlamaq

2008

AU rektoru, elm işləri üzrə prorektor, İslahatlar Mərkəzi

5.7

Elmi-tədqiqat işlərini AU-nun yönümünə uyğunlaşdırmaq

mütamadi

AU rektoru, elm işləri üzrə prorektor

5.8

AU-da aparılan elmi-tədqiqat işlərini kadr hazırlığı və istehsalatın tələblərinə uyğunlaşdırmaq

mütamadi

AU rektoru, elm işləri üzrə prorektor, kafedralar

AMEA-nın dəstəyi ilə

5.9

Tələbələrin elmi-tədqiqat işinə cəlb olunmasını təmin edən yeni mexanizmlər hazırlamaq

mütamadi

AU rektoru, elm işləri üzrə prorektor, kafedralar

5.10

AU-da elmi-tədqiqat işlərini dövlət sifarişi formasında təşkil etmək

mütamadi

AU rektoru, elm işləri üzrə prorektor, kafedralar

VI. Məqsədli kadr hazırlığı

6.1

Qarşılıqlı razılaşma əsasında Az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün kadrlar hazırlamaq

2010-2015-ci illər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə

6.2

Qarşılıqlı razılaşma əsasında Az. Vergilər Nazirliyi üçün kadrlar hazırlamaq

2010-2015-ci illər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

Vergilər Nazirliyi ilə

6.3

Qarşılıqlı razılaşma əsasında Az. Gömrük Komitəsi üçün kadrlar hazırlamaq

2010-2015-ci illər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

Gömrük Komitəsi ilə

6.4

Tərəfdaş universitetlərlə və sifarişçi dövlət institutları ilə kadr hazırlığı ilə bağlı müştərək layihələr həyata keçirmək

2010-2015-ci illər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr şöbəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Gömrük Komitəsi və tərəfdaş universitetlər ilə

6.5

Tərəfdaş universitetlərlə və sifarişçi dövlət institutları ilə kadrların yenidən hazırlanması ilə bağlı müştərək layihələr həyata keçirmək

2010-2015-ci illər

AU-nun rektoru, elm işləri üzrə prorektoru və beynəlxalq əlaqələr və kadrlar şöbəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Gömrük Komitəsi və tərəfdaş universitetlər ilə

VII. AU-nun funksional idarəetmə modelinin yaradılması

7.1

AU-nun müasir idarəçilik strukturunun yaradılması və elmi şurada təsdiqi

2009

AU Elmi Şurası

Təsisçi və BOARD-ın dəstəyi ilə

7.2

2008-2009-cu illərdə AU-nun hər bir ixtisası üzrə tədris menecerlərinin seçilib Gürcüstana və İsveçə hazırlıq kurslarına göndərilməsi

2009

AU-nun rektoru, elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi

Təsisçi və BOARD-ın dəstəyi ilə

7.3

AU-da tədrisin təşkili və idarəolunmasında müasir kompüter proqramlarının tətbiqi

2008-ci il

AU-nun rektoru, elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi

BOARD-ın dəstəyi ilə

7.4

AU strukturlarının fəaliyyətinin yenidən qurulması, müasirləşdirilməsi

2008-ci il

AU-nun rektoru, elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi

VIII. Rəqabət mühitinin qiymətləndirilməsi

8.1

Orta ümumtəhsil məktəblərinin buraxılış siniflərində rəy sorğularının aparılması

mütamadi

Elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi, dekanlıqlar

8.2

Valideynlər arasında rəy sorğularının keçirilməsi

mütamadi

Elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi, dekanlıqlar

8.3

Ali təhsil problemləri ilə baglı media monitorinqinin təşkili

mütamadi

Elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi, dekanlıqlar

8.4

Respublikanın ali təhsil müəssisələrinə qəbulun monitorinqi və analizi

mütamadi

Elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi, dekanlıqlar

8.5

Respublikada kadrlara olan tələbatın öyrənilməsi

mütamadi

Elm işləri üzrə prorektoru, İslahatlar Mərkəzi, dekanlıqlar

8.6

AU məzunlarının işlə təmin olunması məsələsi ilə bağlı monitorinqin təşkili

mütamadi

Elm işləri üzrə prorektoru, Karyera Mərkəzi, dekanlıqlar

8.7

Azərbaycan Respublikası Təhsil Nazirliyi və TQDK üçün təkliflərin hazırlanması

mütamadi

Elm və Tədris işləri üzrə prorektor

IX. Əlavə tədbirlər

9.1

AU-nun bağçasının fəaliyyətə başlaması

2008-2009-cu tədris ili

AU-nun rektoru və ümumi işlər üzrə prorektoru

9.2

AU-nun gimnaziyasının fəaliyyətə başlaması

2008-2009-cu tədris ili

AU-nun rektoru və tədris işləri, ümumi işlər üzrə prorektoru

9.3

Bütün ixtisaslar üzrə hazırlıq kurslarının fəaliyyətə başlaması

2008-2009-cu tədris ili

AU-nun rektoru və tədris işlər üzrə prorektoru

9.4

İkinci ixtisas proqramının həyata keçirilməsi

2008-2009-cu tədris ili

AU-nun rektoru və tədris işlər üzrə prorektoru

9.5

Əcnəbi tələbələrin Azərbaycan dili, mədəniyyəti və tarixindən hazırlanması və biliklərinin test üsulu ilə yoxlanılması məqsədi ilə AU-da dil mərkəzinin yaradılması

2008-2009-cu tədris ili

AU-nun rektoru və tədris işlər üzrə prorektoru

9.6

GMAT imtahanlarının keçirilməsi hüququnun əldə edilməsi

2008-2009-cu tədris ili

AU-nun rektoru və tədris işlər üzrə prorektoru

9.7

AU-nun Azərbaycan Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin baza ali təhsil müəssisəsi hüququna sahib olması istiqamətində fəaliyyət

2008-2009-cu tədris ili

AU-nun rektoru və tədris işlər üzrə prorektoru

Vergilər və ƏƏSM nazirliyinin köməyi ilə

9.8

Beynəlxalq və milli donor təşkilatlarının qrandlarını qazanmaq üçün fərdi, ikitərəfli və çoxtərəfli (TEMPUS, ERASMUS-Mundus) şəbəkə layihələrində iştirak

Müntəzəm

AU-nun rektoru, elm işləri üzrə prorektorluq və beynəlxalq əlaqələr şöbəsi

BOARD-ın dəstəyi ilə

9.9

AU-nun təcrübə-sınaq bazasının yaradılması

2010

AU-nun təsisçisi, rektoru

BOARD-ın dəstəyi ilə

Nəticə

Strateji inkişaf planının gerçəkləşməsi ilə aşağıdakı nəticələrin əldə olunması gözlənilir:

  • - AU-nun yeni və müasur infrastrukturu yaradılacaq;
  • - AU-nun müasir maddi-texniki bazası formalaşdırılacaq;
  • - AU-nun yeni, müasir və çevik idarəçilik modeli yaradılacaq;
  • - Universitetdə elektron kitabxana qurulacaq;
  • - AU-nun beynəlxalq əlaqələri, dünya təhsil məkanına inteqrasiyası güclənəcək;
  • - Peşəkar müəllim heyyəti formalaşdırılacaq;
  • - Dünya standartlarına uyğun kadr hazırlığı üçün təminat yaradılacaq;
  • - Elmi araşdırmaların keyfiyyəti yaxşılaşacaq;
  • - -AU Azərbaycan təhsil məkanında və bölgədə lider universitet olacaq