|
Azərbaycan Universiteti Respublikada təsis olunan birinci özəl universitetdir. Lakin birinci təsis olmaq hələ təhsildə birinci olmaq demək deyil. Bu həqiqəti yaxşı dərk edir və hər gün yeniləşən, sürətlə inkişaf edən Azərbaycan üçün yeni, dinamik və çevik təhsil müəssisəsi, müasir dünyanın tələbləri ilə səsləşən kadrlar hazırlamaq istəyirik. Hədəfimiz ən yaxın zamanlarda nəinki Azərbaycanın, bütövlükdə Qafqaz bölgəsinin gerçək birincisi olmaqdır. |
|
|






![]() | Bu gün | 9 |
![]() | Dünən | 99 |
![]() | Bu həftə | 108 |
![]() | Keçən Həftə | 720 |
![]() | Bu ay | 625 |
![]() | Keçən ay | 3905 |
![]() | Ümumi | 20826 |
Azərbaycan Universitetində “Müəllimlərin İnkişafı proqramını” adlı treninq keçirilirAzərbaycan Universiteti Corciya Dövlət Universiteti Azərbaycan Universitetində Müəllimlərin Inkişafı proqramı Müəllimlərin təkmilləşdirilməsi məsələsi təhsilin çox vacib sahələrindəndir. Azərbaycan Universiteti bu sahənin inkişafına xüsusi diqqət yetirir, hər zaman dünyada mövcud olan mütərəqqi təlim texnologiyalarının, innovasiyaların öyrənilməsinə tətbiqinə can atır. Bazar ertəsi, 7 İyun 2010 ƏTRAFLI |
Azərbaycan Universitetində “Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarının yekun BƏYANATIAzərbaycan Universiteti (AU) ilə Ankara Düşüncə və Araşdırma Mərkəzinin (ADAM) təşkilatçılığı ilə “Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı” mövzusunda beynəlxalq konfrans işini yekunlaşdırdı. Azərbaycan Universitetində keçirilən, 30-a yaxın məruzənin dinlənildiyi və müzakirələrin aparıldığı konfransın yekun sənədi kimi bəyanat qəbul ... Cümə, 21 May 2010 ƏTRAFLI |
Azərbaycan Universitetində “Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilirAzərbaycan Universiteti ilə Ankara Düşüncə və Araşdırma Mərkəzinin (ADAM) təşkilatçılığı ilə “Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı” mövzusunda beynəlxalq konfrans işinə başlayıb. Cümə axşamı, 20 May 2010 ƏTRAFLI |
Azərbaycan Universitetində “Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı” mövzusunda beynəlxalq konfrans keçiriləcək![]() 20-21 may 2010-cu il tarixləri arasında Azərbaycan Universitetində “Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Çərşənbə axşamı, 18 May 2010 ƏTRAFLI |
Professor Süleyman Əliyarlı Azərbaycan Universitetinin elm məclisinin qonağı olub![]() Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Əliyarlı Azərbaycan Universitetinin növbəti elm məclisinin qonağı olub. Bazar ertəsi, 17 May 2010 ƏTRAFLI |
Azərbaycan Universiteti Avstriya Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlıq edəcək![]() 15 may 2010-cu il tarixində Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin prezidenti Dr. Gerald Reisinger və Qlobal Satış Menencmenti proqramının rəhbəri Dr. Johann Hofstadler Azərbaycan Universitetində olmuşdur. Bazar ertəsi, 17 May 2010 ƏTRAFLI |
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü tədbiri keçirildi![]() Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı tədbir keçirildi. Bazar ertəsi, 3 May 2010 ƏTRAFLI |
Yaşar Universitetinin nümayəndəsi AU-da![]() Türkiyənin Yaşar Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri xanım Patricia Türkmənoğlu 23 aprel 2010-cu il tarixdə AU-nu ziyarət etmişdir. Bazar ertəsi, 3 May 2010 ƏTRAFLI |
Miçiqan Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində![]() Miçiqan Dövlət Universitetinin nümayəndə heyəti 23 aprel 2010-cu ildə Azərbaycan Universitetini ziyarət etmişdir. Cümə, 23 Aprel 2010 ƏTRAFLI |
Azərbaycan Universitetində uydurma “erməni soyqırımı”nın mahiyyəti müzakirə olundu![]() Azərbaycan Universitetində uydurma “erməni soyqırımı”na qarşı mübarizə mövzusunda elmi-praktik seminar keçirildi. Seminarda uydurma “soyqırım”ın fəlsəfəsi, erməni milli maraqları-ideologiyası və iddialarının tarixi mahiyyətinə aydınlıq gətirildi. Bildirildi ki, Cümə axşamı, 22 Aprel 2010 ƏTRAFLI |
Yaxın Doğu Universitetinin qurucu-rektoru Dr. Suat Günselə Azərbaycan Universitetinin fəxri doktoru diplomu təqdim edilmişdir![]() 7 aprel 2010-cu ildə Azərbaycan Universitetində Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetinin rektoru Dr. Suat Günselə AU-nun fəxri doktoru diplomu təqdim edilmişdir. Çərşənbə, 7 Aprel 2010 ƏTRAFLI |
Professor Süleyman Əliyarlı Azərbaycan Universitetinin elm məclisinin qonağı olub![]() Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Əliyarlı Azərbaycan Universitetinin növbəti elm məclisinin qonağı olub. Bazar ertəsi, 5 Aprel 2010 ƏTRAFLI |
Professor Vitold Pedriçə Azərbaycan Universitetinin fəxri doktoru adı verilib![]() Kanadanın Alberta Universitetinin “Elektrik və kompüter mühəndisliyi” kafedrasının müdiri prof. dr.Vitold Pedriçə Azərbaycan Universitetinin fəxri doktoru adı verilib. Cümə axşamı, 1 Aprel 2010 ƏTRAFLI |
2010-cu il aprel – may aylarında AU-da görüləcək işlər![]() Tarix kafedrası; Mətbuat xidməti; dekanlar; ümumi işlər üzrə prorektor, mühasib Cümə axşamı, 1 Aprel 2010 ƏTRAFLI |
Azərbaycan Universitetində 31 mart soyqırımı şəhidləri anılıb![]() Azərbaycan Universitetində “31 mart: Azərbaycanlıların soqırımı” nın 92-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və tarixi faciənin kökləri və nəticələri haqqında iştirakçılara məlumat verilib. Çərşənbə, 31 Mart 2010 ƏTRAFLI |
Əziz müəllimlər, tələbələr və valideynlər!![]() Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Hər xalqın həyatında, məişətində çoxlu bayramlar olsa da, onlardan biri daha məşhur, daha sevimli olur. Azərbaycan xalqının da elliklə keçirdiyi belə bir bayram Novruz bayramıdır.Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması ... Cümə, 19 Mart 2010 ƏTRAFLI |
“Beynəlxalq jurnalist”lər AzərTAC-ın fəaliyyəti ilə tanış olublar![]() Azərbaycan Universitetinin “Beynəlxalq jurnalistika” ixtisası üzrə təhsil alan II kurs tələbələri Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olublar. AzərTAc-ın strukturu, maddi-texniki bazası haqqında məlumat alan tələbələr əməkdaşların iş şəraiti ilə də tanış olublar. Cümə axşamı, 18 Mart 2010 ƏTRAFLI |
Qafqaz Resurs və Araşdırma Mərkəzi Azərbaycan Universitetində prezentasiya keçirdi![]() Qafqaz Resurs və Araşdırma Mərkəzi martın 3-ü, saat 15:00-da Azərbaycan Universitetində prezentasiya keçirdi Cümə, 12 Mart 2010 ƏTRAFLI |
Azərbaycan Universiteti bütün xanımları 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edir![]() Hörmətli qadınlar, əziz xanımlar! Cümə, 5 Mart 2010 ƏTRAFLI |
Azərbaycan Universitetində “Xocalı soyqırımı” yad edilib![]() Azərbaycan Universitetində “Xocalı soyqırımı”nın 18-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Universitetin professor – müəllim heyəti və tələbələrin iştirak etdiyi mərasimdə Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların və Xocalıda qətl edilənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocalı həqiqətlərini əks etdirən video, slayd və foto-şəkillərin nümayişi təşkil olunub.Mərasimdə öncə iştirakçılara faciə ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyilə Xocalı şəhərini işğal e... Cümə, 26 Fevral 2010 ƏTRAFLI |
Azərbaycan Universiteti ilə Azərbaycan Sahibkarlar Konferedasiyası arasında Əməkdaşlıq müqaviləsi imzalanmışdır![]() Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti (AU) arasında Əməkdaşlıq müqaviləsi imzalanmışdır.Dünən, 29 yanvar 2010-cu il tarixində ASK Mərkəzi ofisində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti (AU) arasında Azərbaycan Respublikasında bizneslə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi naminə yeni tərəfdaşlıq mühitinin formalaşdırılmasına töhfələr verməsi, müasir elmi-texniki nailiyyətlərin sahibkarlığımızın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi, təkmilləşdirilməsi və inkişafına kömək göstərilməsi məqsədi ilə Əməkdaşlıq müqaviləsi ... Şənbə, 30 Yanvar 2010 ƏTRAFLI |
Azərbaycan Universiteti və Oklahoma Dövlət Universiteti arasında video-tele-konfrans keçirilibAzərbaycan Universiteti (AU) və Oklahoma Dövlət Universiteti (ADU) arasında video-tele-konfrans keçirilib. Hər iki universitet video-tele-konfransda iki təqdimat materialı ilə çıxış edib. Materialın biri universitet haqqında ümumi məlumat, ikincisi isə tələbə təşkilatları və onların fəaliyyətinə həsr olunub. Şənbə, 23 Yanvar 2010 ƏTRAFLI |
Azərbaycan Universitetində “20 yanvar faciəsi”ni anım tədbiri keçirilib18 yanvar 2009-cu il tarixində Azərbaycan Universitetində “20 yanvar faciəsi”nin 20-ci ildönümünə həsr edilən anım tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Bazar ertəsi, 18 Yanvar 2010 ƏTRAFLI |
Bayramınız mübarək!![]() Azərbaycan Universitetinin rektoru, prof. Akif Musayevin təbriki! Əziz tələbələr, hörmətli universitet əməkdaşları! Çərşənbə axşamı, 29 Dekabr 2009 ƏTRAFLI |
Azərbaycan Universitetinin tərəfdaşı Corciya Dövlət Universitetinin “Keçid ölkələrində Biznes məktəblərinin inkişafı proqramının” rəhbəri professor, doktor Bijan Fazlollahi Universitetimizin qonağı olmuşdur![]() 6-14 dekabr tarixində Universitetimizin qonağı olan prof., doktor Bijan Fazlollahinin səfərində məqsəd AU rəhbərliyi ilə MBA və BBA proqramlarının vəziyyəti və icrası ilə yaxından tanış olmaqdır. Çərşənbə axşamı, 8 Dekabr 2009 ƏTRAFLI |
Heydər Əliyev irsini öyrənirikAzərbaycan Universitetinin Beynəlxalq Jurnalistka ixtisası üzrə təhsil alan tələbələri Ruslan Yusibov, Aygün Hənifəyeva və Susana Şammədova “Heydər Əliyev irsini öyrənirik” kursunda iştirak ediblər. Kurs, “Azərbaycan Respublikasi Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə yardımı ilə təşkil olunub. Layihəni “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi həyata ... Çərşənbə axşamı, 8 Dekabr 2009 ƏTRAFLI |
Azərbaycan Universitetinin rektoru Akif Musayev “Müqəddəs hissin təzahürü” kitabının təqdimat mərasimində iştirak edibAzərbaycan Universitetinin rektoru prof. Akif Musayev, mərhum yazıçı-jurnalist Canalı Mirzəliyev tərəfindən qələmə alınan və mayor Aidə Şirinovanın 50 illik yubileyinə həsr edilən “Müqəddəs hissin təzahürü” kitabının təqdimat mərasimində çıxış edib. Çərşənbə axşamı, 8 Dekabr 2009 ƏTRAFLI |
Böhrandan sonraki iqtisadiyyatda maliyyə resurslarinin səmərəli idarə olunmasinda şəffafliğin rolu beynəlxalq elmi-praktik konfrans![]() Sabah "BÖHRANDAN SONRAKI İQTİSADİYYATDA MALİYYƏ RESURSLARININ SƏMƏRƏLİ İDARƏ OLUNMASINDA ŞƏFFAFLIĞIN ROLU" adlı BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS keçiriləcək.İki gün davam edəcək olan konfrans (16-17oktyabr) Gülüstan sarayında baş tutacaq.Konfransın birinci günü Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev konfransda "Qlobal maliyyə böhranının aradan qaldırılması cəhdləri və beyn... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Gürcüstanın birinci xanımı Azərbaycan Universitetinin tərəfdaş universiteti CDU-da təhsil alan gürcü tələbələrlə görüşüb![]() Corciya Dövlət Universitetinin (CDU) biznes ixtisası üzrə Gürcüstandan olan 20 tələbəsi sentyabrın 18-də Gürcüstanın birinci xanımı Sandra Saakaşvili ilə nahar edib. Xanım Saakaşvili onları təqaüd aldıqlarına görə tərifləyib və xatırladıb ki, onlar keçmiş Sovet respublikası olan Gürcüstanın iqtisadiyyatının yenidən qurulmasında mühüm rol oynayacaqlar. “Biz sizin uğurlarınızdan çox şadıq” o, Atlantanın mərkəzindəki “Commerce Club”da keçirilən nahar zamanı deyib. “Gürcüstan üçün yaxşı idarəedicilərin olmasının nə dərəcədə əhəmiyyətli olduğunu bilirsiniz. Bu Gürcüstan üçün əsas məsələlərdən biridir”.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Tərəfdaşımız Corciya Dövlət Universitetinin yaxşı işlərini vurğulayaraq![]() Dünyada Corciya Dövlət Universitetinin yaxşı işlərini vurğulayaraqLeah Seupersad Bijan Fazlollahi Gürcüstan Respublikasının paytaxtı Tbilisiyə 1996-cı ildə gəldi və elə həmin vaxtdan qərar gəldi ki, Gürcüstandakı iqtisadi transformasiyaya kömək etmək üçün yeni menecerlər nəslinin yetişdirilməsinə böyük ehtiyac var. GSU-da Keçid İqtisadiyyatlarında Biznesin İnkişafı Mərkəzinin direktoru və Beynəlxalq Biznes İnstitutunda müəllim olan Fazlollahi Avrasiya Fondu vasitəsilə ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant əldə etdi.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
AU məzunlarının Dövlət Qulluğu müsabiqələrində göstərdiyi nəticələr![]() Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Qulluğu ilə bağlı dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı 6 müsabiqə keçirmişdir. “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğun olaraq inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqələr test imtahanı və müsabiqə mərhələlərindən ibarətdir.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Azərbaycan Universiteti "Ən yaxşı nümayiş" diplomuna layiq görüldü![]() III Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” “Education and Career” Sərgisi tədris ilinin əvvəlində, 10-12 sentyabr tarixlərində Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirildi. Azərbaycan Universiteti bu il də sərgidə iştirak etdi. Qeyd edək ki, Azərbaycan Universiteti sərgidə iştirak edən yeganə özəl universitet oldu. Dövlət Universitetlərindən Bakı Dövlət Universiteti, Aqrar Universitet, İqtisad Universiteti və Dillər Universiteti də sərgidə iştirak etdilər. Azərbaycan Universiteti ən yaxşı stend və nümayiş nominasiyasında "For the best performanse" sertifikatına layiq görüldü.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Azərbaycan Universiteti ənənəvi "Məzun günü"nü qeyd etdi![]() Azərbaycan Universitetinin ənənəvi “Məzun günü” 29 İyun 2009-cu ildə Azərbaycan Dövlət Opera-Balet Teatrında Azərbaycan Universitetinin “Məzun Günü” keçirildi. Tədbiri giriş sözü ilə açan AU rektoru, prof. Akif Musayev tələbələri, qonaqları, media təmsilçilərini salamladıqdan sonra Universitetin həyatında baş verən önəmli gəlişmələrlə bağlı qısa məlumat verdi. Universitetin fəaliyyəti və perspektiv planları haqqında isə prorektor Xaləddin İbrahimli hesabat xarakterli çıxış etdi.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
“SIFE” AZƏRBAYCAN UNİVERSİTETİNDƏ![]() Azərbaycan Universiteti bu ildən “TASF” a - “Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində” (Students in Free Enterprise- SIFE) beynəlxalq tələbə proqramına qoşuldu. Bu proqramın əsası 1975-ci ildə ABŞ Universitetləri tərəfindən qoyulmuşdur. Hal-Hazırda 50-dən çox ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən dünya çempionatında öz ölkələrini və universitetlərini təmsil edirlər. 2006-cı ildən etibarən Azərbaycan komandaları dünya çempionatlarında iştirak etmək hüququ qazanıblar. Çempionatın keçirilməsində məqsəd – Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik, komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Azərbaycan Universiteti Türkiyənin Yaşar Universiteti ilə əməkdaşlıq barədə Niyyət Protokolu imzalamışdır![]() Türkiyənin Yaşar Universitetinin rektoru Murat Barkan, prorektoru Behzat Gürkan və Maliyyə dairəsinin rəhbəri Atilla Gümüş 29-30 may 2009-cu il tarixlərində Azərbaycan Universitetinin fəxri qonaqlarıdır. Tədrisdə və işgüzar münasibətlərin qurulmasında qarşılıqlı maraqlara əsaslanaraq tərəfdaş universitetlər 29 may 2009-cu il tarixində Niyyət Protokolu imzalamışlar. Protokolu Türkiyə tərəfindən Yaşar Universitetinin rektoru, prof., doktor Murat Barkan, Azərbaycan tərəfindən Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, prof., Akif Musayev imzalamışlar.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Azərbaycan Universitetinin kollektivi 20 nömrəli məktəbin pedaqoji kollektivi və məzunları ilə görüş keçirdi![]() Azərbaycan Universitetinin professor-müəllim heyəti - rektor prof. Akif Musayev, prorektor prof. Xaləddin İbrahimli. BBA proqramının direktoru dos. Tofiq Əhmədov, mətbuat katibi Venera Şərifzadə, Tahir Məmmədov və bir qrup tələbə 20 nömrəli məktəbin müəllimləri və məzunları ilə görüş keçirmişdir. Görüşdə məktəblə universitet arasında əlaqələrin qurulması və əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılmışdır. Əvvəlcə təqdimatla çıxış edən T. Əhmədov AU haqqında görüş iştirakçılarına universitetin həyata keçirdiyi yeniliklərdən, beynəlxalq əlaqələrindən, tərəfdaş universitetlərlə qurulmuş münasibətlər haqqında ətraflı məlumat vermişdir.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Azərbaycan Universiteti yarımfinalda![]() Azərbaycan Universitetinin "Prestij" komandası Universitetlərarası Şən Hazırcavablar festivalında artıq yarımfinala vəsiqə qazanmışdır. Keçən festivalda da fəal iştirak edən "Prestij" komandası bu yaxınlarda Suraxanı rayonu 7 saylı uşaq evini ziyarət etmiş və maraqlı proqramla çıxış etmişlər. Uşaqların könlünü oxşayan səhnəciklər təqdim edən komandamızı İnternat məktəbi öz Buraxılış gününə dəvət etmişdir. May ayının 22-də keçiriləcəyi nəzərdə tutulan "Bahar" festivalında da komandamızın tam tərkiblə iştirak edəcək. Komandamızın yarıfinal oyunu may ayının 24-ü, saat 13:00 da Aktyorlar evində baş tutacaq. Onlara uğurlar arzulayırıq!!!... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Azərbaycan Universitetində fəxri qonaqla görüş![]() May ayının 19-da Azərbaycan Universitetində Almaniyanın Ziger Universitetinin vitse-prezidenti, professor Manfred Grauerlə müəllim heyətinin və tələbələrin görüşü keçirildi. Bu görüşdə Azərbaycan Universiteti ilə Zigen Universiteti arasında yaxın perspektivdə qurulacaq əlaqələrin istiqamətləri, eləcə də, Azərbaycan Universiteti tələbələrin Zigen və Almaniyanın digər Universitetlərində təhsillərini davam etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Artıq gələn ildən başlayaraq Azərbaycan Universitetinin tələbələri təhsillərini Almaniya universitetlərində davam etdirə biləcəklər. Professor Manfred Grauer tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı. Görüşün... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Azərbaycan Universiteti Tempus layihəsində![]() Tempus Avropa Birliyinin ali təhsil proqramıdır. Proqramın məqsədi partnyor ölkələrdə institusional əməkdaşlığın inkişafı və ali təhsilin təkmilləşməsinə və müasirləşməsinə yönəlmişdir. Bu proqram çərçivəsində keçirilən islahatlara baxmayaraq bu sahədə hələ də bir sıra problemlər (ali məktəblərin idarə olunması, köhnəlmiş tədris proqramları) qalamaqdadır. Tempus IV 2007-2013 -cü illər üçün nəzərdə tutulmuş proqramında Naxçıvan Dövlət Universiteti "Universitetlərin idarə olunması və maliyyə muxtariyyəti üzrə mütərəqqi Avropa təcrübəsinin yayılması üçün regional yenidən təlim mərkəzlərinin yaradılması" adlı layihə ilə Avropa Birliyi ölkələrindən 2 universitetlə müsabiqədə iştirak edir. Azərbaycan Universiteti bu proqramda tərəfdaş universitet kimi iştirak etmək üçün Naxçıvan Dövlət Universiteti tərəfindən təklif almışdır. Təklif Azərbaycan Universitetinin rəhbərliyi tərəfindən qəbul olunmuş və bunun üçün lazım olan bütün sənədlər hazırlanıb NDU-ya göndərilmişdir... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
Nyu- York Dövlət Universitetinin Buffalo Hüquq məktəbinin Beynəlxalq Proqram üzrə direktoru professor İzabel Markus Azərbaycan Universitetində olmuşdur![]() May ayının 12-də Nyu-York Dövlət Universitetinin Buffalo Hüquq məktəbinin Benəlxalq Proqram üzrə direktoru professor İzabel Markusun Azərbaycan Universiteti tələbələri ilə görüşü olmuşdur. Görüşdə qadın hüquqları, ailə zorakılığından qadınların müdafiəsi, bu sahədə beynəlxalq təcrübə kimi məsələlərin interaktiv şəkildə müzakirəsi keşirilmişdir. Tələbələr Amerikalı professora müasir Azərbaycan cəmiyyətində qadınların ailədə və ictimai həyatda rolu ilə bağlı formalaşmış rəylə bağlı öz mülahizələrini çatdırdılar. Amerikalı professor Azərbaycan Universitetinin tələbələrilə görüşdən məmnun qaldığını bildirdi.... Cümə axşamı, 15 Oktyabr 2009 ƏTRAFLI |
|
More in: Xəbərlər
|
|
|