XƏBƏRLƏR

“Distant təhsildə qiymətləndirmə” mövzusunda vebinar keçirilib

“Distant təhsildə qiymətləndirmə” mövzusunda vebinar keçirilib

31 may 2020

Baxış sayı: 2681

Azərbaycan Universitetində may ayının son vebinarı Riyaziyyat və informatika kafedrası tərəfindən təşkil olunub. Onlayn tədbirdə “Distant təhsildə qiymətləndirmə” mövzusu müzakirə olunub.

Kafedranın müdiri Qabil Əliyev bildirib ki, koronavirus pandemiyası təhsil sistemi qarşısında təhsilin davamlılığının təmin edilməsi kimi təxirəsalınmaz vəzifə qoyub. Yalnız ölkəmizdə deyil, bütün dünyada milyonlarla müəllim və tələbə gözlənilməz halda distant təhsil prosesinin iştirakçısına çevrilib. Onlayn tədris prosesinin təşkili qədər bu prosesdə iştirak edən tələbələrin biliyinin qiymətləndirilməsi də aktuallıq kəsb edir.  

Kafedranın müəllimi Gündüz Mirzəbəyli tədrisin məsafədən təşkilində ortaya çıxan problemlər, bəzi fənlərin onlayn mühitdə tədris olunmasının çətinlikləri haqqında danışıb və distant təhsildə qiymətləndirmənin formaları haqqında məlumat verib.

İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev “Office 365” bulud xidmətinin tərkibində olan alətlər haqqında danışıb və “Planner” alətinin iş prinsiplərini izah edib. Riyaziyyat və informatika kafedrasının müdiri Qabil Əliyev xidmətin “Forms” alətində işləmə qaydaları haqqında danışıb.

Sonda vebinara qoşulanlar kafedra müdirinin rəhbərliyində təcrübi iş yerinə yetiriblər.

Qeyd edək ki, karantin dövründə Azərbaycan Universitetində tədris prosesi və tədbirlər “Office 365” xidmətinin “Microsoft Teams” platforması üzərindən keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.05.2020


DİGƏR XƏBƏRLƏR