
Azərbaycan Universiteti fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir
02.07.2021 1749
Azərbaycan Universiteti 2021/2022-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və qeydiyyatı" xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Sənəd qəbulu üçün son tarix 15 iyul 2021-ci ildir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı
İqtisad elmləri
- Daxili fiskal siyasət və dövlət maliyyəsi – 1 nəfər
- Mühasibat uçotu - 1 nəfər, qiyabi
- İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi
- Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi
- Dünya iqtisadiyyatı - 1 nəfər, qiyabi
- Müəssisələrin təşkili və idarə edilməsi - 1 nəfər, qiyabi
- Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi
Tarix elmləri
- Ümumi tarix – 1 nəfər, qiyabi
- Vətən tarixi - 1 nəfər, qiyabi
- Beynəlxalq münasibətlər tarixi - 1 nəfər, qiyabi
Filologiya elmləri
- Azərbaycan ədəbiyyatı – 1 nəfər, qiyabi
- Türk xalqları ədəbiyyatı – 1 nəfər, qiyabi
- Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi
Sosial iş
- Sosial iş - 1 nəfər, qiyabi
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı
İqtisad elmləri
- Daxili fiskal siyasət və dövlət maliyyəsi – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- İqtisadi fəaliyyət növləri – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- İqtisadi nəzəriyyə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Müəssisələrin təşkili və idarə olunması – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tarix elmləri
- Ümumi tarix - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Beynəlxalq münasibətlər tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Filologiya elmləri
- Tətbiqi dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Dil nəzəriyyəsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Azərbaycan dili - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Müqayisəli - tarixi və müqayisəli tipoloji dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Folklorşünaslıq – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Bir tədris ili üçün təhsil haqqı 1500 manatdır.
Daha ətraflı məlumat üçün
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)
İctimaiyyətlə əlaqələr şöbəsi
02.07.2021