
Tuscia Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan olunur
29.11.2021 1103Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi İtaliyanın Tuscia Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. Mübadilə proqramında iştirak şərtləri belədir:
- İngilis dili bilikləri yüksək,
- GPA balı minimum 2.5 olmalıdır.
- Müraciət zamanı ilkin olaraq transkript tələb olunur.
Müraciət üçün son tarix 3 dekabr 2021-ci ildir.
İtaliyada təhsil almaq istəyən tələbələrimiz daha ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 526 nömrəli otaq və ya sevlan.gurbanova@au.edu.az) müraciət edə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
29.11.2021