• E - LEARNING (MOODLE)
  • XƏBƏRLƏR
  • |
  • ELANLAR
  • |
  • MƏZUNLAR
  • |
  • ELEKTRON KİTABXANA
  • |
  • AZ
    • EN
  • |
  •  
AZƏRBAYCAN UNİVERSİTETİ
  • AU-30
    • 30-CU İL LOQOSU
    • BİZİ TƏBRİK EDİRLƏR
    • XATİRƏ KİTABI
  • Qəbul
    • Abituriyent Məsləhət Mərkəzi
    • 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul planı
    • 2021/2022-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul planı
    • 2021/2022-ci tədris ili üçün magistratura pilləsinə qəbul planı
    • Bakalavriat ixtisasları
    • Magistratura ixtisasları
    • Xarici vətəndaşların qəbulu
    • İkinci ali təhsil
    • Dövlət sifarişi əsasında qəbul
    • Azərbaycan Universiteti haqqında
  • Haqqımızda
    • İlk özəl Universitet
    • Qısa nəzər
    • Vizyon, Missiya, Dəyərlər
    • Rəhbərlik
    • Akkreditasiya haqqında Sertifikat
    • Keyfiyyət siyasəti
    • Elmi şura
    • Akademik təqvim
    • Təlim və Tədris Mərkəzi
    • İnzibati şöbələr
      • Elmi kitabxana
      • Elm şöbəsi
      • Tədris şöbəsi
      • Tələbələrlə iş şöbəsi
      • İctimaiyyətlə əlaqələr şöbəsi
    • Media üçün
    • Bizimlə əlaqə
  • Fakültələr
    • Biznes və iqtisadiyyat fakültəsi
      • Biznes və iqtisadiyyat fakültəsi
      • Maliyyə və iqtisadiyyat kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • Humanitar fənlər fakültəsi
      • Humanitar fənlər fakültəsi haqqında
      • Azərbaycan dili və ədəbiyyat kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • İctimai elmlər kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • Sosial işin təşkili kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • Xarici dillər kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • İKT fakültəsi
      • İKT fakültəsi haqqında
      • Riyaziyyat və informatika kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
      • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi haqqında
      • Sənədlər
  • Tələbə həyatı
    • Müsabiqələr
      • Sağlam bir dünya üçün yaşıl enerji
    • Beynəlxalq İkili Diplom Proqramı
    • UDİD Proqramı
    • Beynəlxalq sertifikasiya
    • Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd
    • Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd
    • Təhsil haqqına güzəşt
    • Tələbələrin dil hazırlığı
    • Tyutor xidməti
    • Karyera mərkəzi
    • Tələbə Gənclər Təşkilatı
    • Tələbənin nizam-intizam qaydaları
  • Beynəlxalq əlaqələr
    • Beynəlxalq əlaqələr şöbəsi
    • Beynəlxalq əməkdaşlıq
    • Beynəlxalq proqramlar
      • Erasmus+ Proqramı
      • Mevlana Mübadilə Proqramı
    • Beynəlxalq tələbə qəbulu
      • Beynəlxalq tələbələrin bakalavriata qəbulu
      • Beynəlxalq tələbələrin magistraturaya qəbulu
      • Tələbə mübadiləsi
    • İngilisdilli ixtisaslar
    • Viza və müvəqqəti yaşayış
    • Əlaqə
  • Nəşrlər
    • "İpək yolu" jurnalı
    • "Çağlayan" jurnalı
    • Xüsusi nəşrlər
  • Konfranslar
    • 2022
      • Gənc tədqiqatçıların V respublika elmi konfransı
      • Azərbaycan xalqının etnogenezi və milli kimlik məsələsi
      • İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər
    • 2021
      • Gənc tədqiqatçıların IV respublika elmi konfransı
      • Nizami Gəncəvinin əsərləri ədəbi və tarixi mənbə kimi
      • İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər
      • Gender Problem and Modern Azerbaijan
    • 2020
      • Gender Problem and Modern Azerbaijan
      • International Conference on Natural Sciences and Technologies
      • Gənc tədqiqatçıların III respublika elmi konfransı
    • 2019
      • Gender problemi və müasir Azərbaycan
      • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
      • Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransı
      • V Avropa İqtisadi Konqresi
      • Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər
    • 2018
      • Gender problemi və müasir Azərbaycan
      • Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətləri
      • Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı
      • AXC-nin 100 illiyinə həsr olunmuş "Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi" konfransı
      • İnnovasiyalar və yaradıcılıq
      • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
    • 2017
      • Gender problemi və müasir Azərbaycan

XƏBƏR ARXİVİ

  1. Əsas səhifə
  2. XƏBƏR ARXİVİ

ECAR layihəsinin tərəfdaşları Fransa təcrübəsi ilə tanış olublar

30.11.2021 724

Azərbaycan Universitetinin tərəfdaş olduğu və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) Erasmus+ layihəsi tərəfdaşlarının nümayəndələrindən ibarət heyətin Fransa səfəri başa çatıb. Avropa Komissiyasının maliyyələşdirdiyi layihə çərçivəsində təşkil edilmiş səfərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, layihənin koordinatoru və tərəfdaş universitetlərin prorektor və rəhbərlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti iştirak edib. Səfərdə Azərbaycan Universitetini rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

İşgüzar görüşlər və təlimlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə həyata keçirilib.  CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru, Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel nümayəndə heyətinə Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu barədə məlumat verib. Bildirilib ki, 1971-ci ildə Fransanın Təhsil Nazirliyi tərəfindən yaradılmış CPU ölkənin təhsil sistemində yüksək nüfuzu olan mötəbər təşkilatdır. 2007-ci ilədək CPU-nun prezidentliyi funksiyasını Fransa Təhsil Naziri yerinə yetirib. 2007-ci ildə ali təhsil sahəsində aparılmış köklü islahatlar əsasında universitetlərin müstəqilliyi təsdiqlənib və CPU müstəqil quruma çevrilib. CPU-nun əsas funksiyası Təhsil Nazirliyinin məsləhətçi orqanı olaraq fəaliyyət göstərməkdir. Belə ki, CPU Təhsil Nazirliyi ilə Fransa dövlət universitetləri arasında əlaqənin, fikir mübadiləsinin operativ şəkildə təmin edilməsində, problem və təkliflərin dəyərləndirilməsində əlaqələndirici funksiya  daşıyır. Hazırda Fransanın akkreditasiya olunmuş 74 universiteti CPU-nun üzvüdür. Təşkilatın tövsiyələri nəzərə alınaraq ölkənin ali təhsil sistemi üzrə strateji yol xəritəsi müəyyənləşdirilir, islahatlar aparılır, ehtiyac duyulduğu təqdirdə təhsil qanunvericiliyinə dəyişikliklər edilir. 

Qurumun Avropa Birliyindəki təmsilçisi Carle-Bonafous Murat Avropa-Fransa təhsil münasibətləri haqqında danışıb, konfransın təsir gücünün yalnız ölkə hüdudları ilə məhdudlaşmadığını bildirib. Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) proqram meneceri Marion Poutrel CPU-nun Nizamnaməsi və hüquqi statusu barədə çıxış edərək əsas prinsipləri izah edib. CPU Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri, Toulouse Jean Jaures Universitetinin rektoru Emmanuelle Garnier CPU-nun təşkilati strukturu, plenar iclas, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış daimi komissiyalar, müvəqqəti işçi qrupları haqqında məlumat verib. Məruzəçi qeyd edib ki, CPU-da görüşləri təşkil edən, CPU-nun gündəliyini müəyyənləşdirən 20 rektordan ibarət CP2U adlı daimi heyət fəaliyyət görtərir.

Görüşün üçüncü günündə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nicat Məmmədli ilə birlikdə  Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq və koordinasiya məsələləri haqqında iştirakçılarla müzakirələr aparıb.

İşgüzar görüşlərdə CPU-da üzvlük, strateji planlama, qərar qəbul etmə prosesləri, maliyyələşmə mexanizmləri və bu kimi məsələlər də nəzərdən keçirilib.

Tədbirin son günündə isə Fransanın ən qədim universitetlərindən biri olan Sorbon universitetinə səfər təşkil edilib.  

Nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin məzarını ziyarət edib, Azərbaycan-Fransa Mədəniyyət evində təşkil edilən özəl tədbirdə iştirak edib.  

İctimaiyyətlə əlaqələr şöbəsi
30.11.2021

project
project
project
project
Yeni xəbərlər
19 May 2022
“Salam, Şuşa. Biz qayıtmışıq” adlı bilik yarışının qalibləri mükafatlandırılıb
19 May 2022
Vəkil Elnurə Eyybubova “Məişət zorakılığı və sosial iş” fənninin qonaq mühazirəçisi olub
19 May 2022
Filologiya tələbələri yazıçı Rüstəm Mirzəyevlə görüşüblər
18 May 2022
İsveçdə səfərdə olan əməkdaşlarımız EUA rəsmisi ilə görüşüb
18 May 2022
Mehriban Zeynalova Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
17 May 2022
Əməkdaşlarımız ECAR layihəsi çərçivəsində İsveçdə səfərdədir
17 May 2022
Tələbələrimiz sığınacaqda bir günlük təcrübə keçiblər
16 May 2022
Azərbaycan Universiteti dünya reytinqində
16 May 2022
“Elmi platformalarda şəxsi profillərin yaradılması” mövzusunda təlim təşkil olunub
13 May 2022
Tələbələr arasında ingilis dilində danışıq yarışı keçirilib
Foto qalereya

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən
qoyulub.

Ətraflı..
Korporativ
  • Loqo
  • Bayraq
  • Himn
Tez Əlaqə
  • (+99412) 431 41 12/13/16/17
  • office@au.edu.az
  • Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71

ABUNƏ OL

Copyright ©2017 Azerbaijan University. All Rights Reserved