
Bəxtiyar Bədəlov beynəlxalq Erasmus tədbirində iştirak edir
11.05.2022 147Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov Rumıniyanin Timisioara Universitetində keçirilən “Erasmus International Week” tədbirində iştirak edir. 20 ölkədən 80 nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə Bəxtiyar Bədəlov Azərbaycan və Azərbaycan Universiteti haqqında təqdimatla çıxış edib.
9 may tarixində başlayan və sayca onuncusu təşkil olunan “Erasmus International Week” beynəlxalq tədbiri 13 may tarixində yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan Universiteti beynəlxalq kredit mobilliyi proqramı “Erasmus”a 2015-ci ildə qoşulub. Rumıniyanin Timisioara Universiteti ilə əməkdaşlığa isə 2020-ci ildə start verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
11.05.2022